Çekistlər yenidən veloyürüşə çıxdılar » AzNews.info -Xəbər portalı

Çekistlər yenidən veloyürüşə çıxdılar – FOTO

Çekistlər yenidən veloyürüşə çıxdılar

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir.

Virtualaz.org Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinə istinadən bildirir ki, Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Peşə bayramı ərəfəsində DTX-nin nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib. Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib.
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar
Çekistlər yenidən veloyürüşə çıxdılar


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *