“Azəravtoyol” məmurlarının qızıl qaynağı – 106-cı kilometr » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

“Azəravtoyol” məmurlarının qızıl qaynağı – 106-cı kilometr ƏBƏDİ PROBLEMLƏR

“Azəravtoyol” məmurlarının qızıl qaynağı – 106-cı kilometr

Yağışlar üzündən Bakı-Şamaxı-Yevlax magistral yolunun 106-cı kilometrində çatlar əmələ gəlib. Respublika üçün əhəmiyyətli yolun bu hissəsi praktiki olaraq keçilməz olub.

Virtualaz.org-da olan məlumata əsasən, bu yerdə hər il yağış mövsümündə yol yararsız hala düşür. Hər dəfə də dövlət strukturları “bəxtsiz” 106-cı kilometrdə və bu yolun digər problemli sahələrində bərpa işləri aparırlar və buna da təbii ki, heç də az olmayan vəsait ayrılır.

“Azəravtoyol” məmurlarının qızıl qaynağı – 106-cı kilometr


Sahibkar və ticarətçilər ictimai birliyinin rəhbəri Sevgim Rəhmanov hesab edir ki, Bakı-Şamaxı-Yevlax yolunun təmirinə xərclənən pulla çoxdan tamamilə yeni magistral çəkmək olardı.

“Lakin məmurlar bunu etmir, çünki bu problemi birdəfəlik həll etməkdənsə, yolun bərpasına ayrılan vəsaitləri mənimsəmək daha sərfəlidir”, - əməkdaşımızla söhbətində o deyib.

“Doğrudan da, bu yolda çatlar əvvəllər də olub”, - “Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli etiraf edir. Xatırladaq ki, avtomobil yollarının tikintisi və bərpası ilə məhz bu qurum məşğul olur.

Problemin həlli üçünsə ya yeni yol çəkilməli, ya da tam yenidənqurma işləri aparılmalıdır. Bunu da mətbuat katibi bildirib.

“Magistralın yenidən qurulması layihəsi, prinsip etibarilə, artıq hazırdır. İki zolaqlı yol əvəzinə dörd zolaqlı yolun tikintisi planlaşdırılır ki, burada suyun axıb getməsi üçün güclü drenaj sistemi olacaq”, - A.Nəcəfli söz verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *