Zakir Həsənov cəbhə xəttində » AzNews.info -Xəbər portalı

Zakir Həsənov cəbhə xəttində – VİDEO

Zakir Həsənov cəbhə xəttində


Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günündə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Bu barədə AzNews.info-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Prezidentin tapşırığına əsasən, orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə onlara məlumat verib, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.

Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara uğurlar diləyib.

Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış məşqlərinin keçirilməsi üçün “Atəş şəhərciyi”nin açılışı olub.

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib, onların texniki vəziyyəti və imkanları ilə maraqlanıb.

Daha sonra müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.

Hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edən valideynlər şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib, dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *