Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial

Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi

Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi


Bu gün saat 11:00-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Açıq qapı” günü ənənəyə uyğun olaraq Qurban bayramı ilə əlaqədar təşkil edilir.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *