Vitse-prezident Lantsillotta: "Azərbaycana qarşı İtaliyadakı etirazların arxasında Rusiya durur"
İtaliya Senatının vitse-prezidenti Linda Lantsillotta əmindir ki, heç bir etiraz Trans-Adriatik Boru Kəmərinin (TAP) çəkilişini dayandıra bilməz.
Bunu o, virtualaz.org-a eksklüziv açıqlamasında deyib.
Məlum olduğu kimi, bu qaz kəmərinin tikintisinə qarşı yönəldilmiş təxribatları "No TAP" komitəsinə rəhbərlik edən, İtaliya parlamentindəki yerlərin 22%-nə sahib "Beş ulduz" hərəkatının lideri, aktyor və bloger Beppe Qrillo həyata keşirir. ABŞ hökuməti İtaliya hakimiyyətini xəbərdar edib ki, Beppe Qrillo Rusiya ilə bağlıdır və bu erirazlar oradan maliyyələşdirilir.
İtaliyanın rəqiblərinin bütün fitnələrinə baxmayaraq, Lantsillotta hesab edir ki, rəsmi Roma Cənub Qaz Dəhlizinin Azərbaycan layihəsinin reallaşdırmasında çox maraqlıdır.
Vitse-prezident etiraf edib ki, düzdür, İtaliya ərazisində TAP-ın tikintisinin gedişi ilə bağlı müəyyən çətinliklər var, amma İtaliya hökuməti həmin çətinlikləri həll etmək üçün bütün zəruri tədbirləri görür: “Şübhə etmirəm ki, çox tezliklə bütün maneələr aradan qaldırılacaq və üzləmə qrafikdə nəzərdə tutulmuş qaydada tam şəkildə həyata keçiriləcək”.
Mənbə:> Virtualaz.org