Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar: “Ərimi əlimdən almaq istəyirdi...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar: “Ərimi əlimdən almaq istəyirdi...”

Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar: “Ərimi əlimdən almaq istəyirdi...”


Moskvada ötən həftə məşhur rejissor, “Nikitsk qapıları” teatrının bədii rəhbəri Mark Rozovski tərəfindən 12 il bundan qabaq zorlandığını açıqlayaraq qalmaqal yaradan azərbaycanlı aktrisa Fatimə Abbasquliyevaya təzyiqlər başlayıb. Virtualaz.org xəbər verir ki, Moskva teatr ictimaiyyətinin bəzi nümayəndələri Fatiməni bəzi adamlarla əlbir olmaqda və Rozovskini şantak edərək teatrı onun əlindən almaq planlarında ittiham edirlər.

Fatimə Abbasquliyevanın “12 il qabaq zorlanması” qalmaqalına Rusiyanın RTR telekanalının şou aparıcısı Andrey Malaxov son bir həftədə ikinci dəfə efir ayırıb. Aktrisa yenidən studiyaya dəvət olunub və Rozovski tərəfindən zorlanmasını etiraf edəndən sonra həyatının necə dəyişdiyini danışıb. O deyib ki, Rozovskinin adamlarının və sosial şəbəkələrdəki tərəfdarlarının hücumlarına məruz qalıb. Aktrisanın ünvanına hədələyici mesajlar göndəriblər.

Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar: “Ərimi əlimdən almaq istəyirdi...”

Studiyada da Fatiməyə hücumlar olub. Mark Rozovskinin tələbələrindən biri olan Svetlana Markovnikova deyib ki, Rozovskinin günahsız olduğuna əmindir. “Bu, gülməlidir. Mən düşünməzdim ki, onda hər şey bu cür pisdir. Fatya-nartsis qızdır, özünü sevdirməyi bacarır, istədiyini əldə etmək üçün hər yola əl atır”-Fatimənin həmkarı efirdə bildirib.

Markovnikovanın bildirdiyinə görə, Abbasquliyeva onun ərini əlindən almaq istəyirdi. Onların arasında münaqişə olub və bu zaman Fatimə çayniki həmkarının başına vurub.

“O, mənim ərimi qısnamaya məruz qoymuşdu.Həmin vaxtlar idi. Fatya eksentrik qızdır, hamı fikirləşirdi ki, o bir az havalıdır, ancaq çox şeyi ona bağışlayırdılar. Biz o vaxt qonaq getmişdik. Və budur, mənim ərimlə bağlı situasiya. Otağa girəndə gördüm ki, o çarpayıda uzanıb. Fatimə də ona tərəf əyilib. O, döşündən tutmuşdu. Mən deyirəm:”Jenya, nə baş verir?”
Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar: “Ərimi əlimdən almaq istəyirdi...”


Svetlana deyib ki, həmin situasiyada əri heç nə etmirdi və günahkar deyili, ancaq Fatimə onu qısnayırdı. F.Abbasquliyeva isə bu deyilənlərə yumorla cavab verib, ancaq nə təsdiq, nə inkar edib.

Rusiyanın xalq artisti Vladimir Yumatov isə deyib ki, ola bilsin Fatimənin arxasında teatrı Rozovskinin əlindən almaq istəyənlər dayanır. “Mən həmin adamlara müraciət etmək istəyirəm, bundan bir şey çıxmayacaq. Biz Mark Rozovskini , onun minlərlə tamaşaçılarını incitməyə imkan vermərik”-Yumatov deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *