Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb

Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb



Sabiq nazirin “çete”sinə daxil olanlar məhbəsdən azadlığa çıxmağa başlayıb; Vüsal Ələkbərovun təhdid xarakterli açıqlamaları onun cəzasının 12 ildən 5 ilə endirilməsinə səbəb olub...
Milli Təhlükəsizlik Nazirliyini şəxsi cəza aparatına çevirmiş Eldar Mahmudov bu vəzifədən azad ediləndən və “MTN çetesi”nə qarşı məlum əməliyyatlar başlayandan sonra ölkədə xeyli insan rahat nəfəs almağa başlamışdı. Bunadək isə bəzi nazirlər, komitə sədrləri, icra başçıları, iş adamları, hüquq-mühafizə orqanlarında vəzifə tutanlar, yolu bircə dəfə Eldar Mahmudovun rəhbərlik etdiyi nazirliyə düşənlər daim qorxu altında olublar. 2015-ci ilin oktyabrında MTN-dəki qəfil əməliyyat, daha sonra adıçəkilən nazirliyin ümumiyyətlə ləğvi vəziyyəti dəyişdi, cəmiyyətdə, əsasən də qorxu altında yaşayanlarda ümid yarandı.

MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 20-dən çox MTN-çi həbs olunub, 57 nəfər zərərçəkən müəyyən edilib. Amma sonrakı dönəmdə “MTN çetesi”ndən zərər çəkənlərin ümidləri də tam doğrulmadı...

Ötən 30 ay ərzində zərərçəkənlərdən hər hansı birinin iş üzrə aparılan istintaq və məhkəmədən razılıq etdiyini eşidən olmayıb. Zərərçəkənlərə dəymiş ziyanı da ödəyən olmayıb. Eldar Mahmudov, onun müavini olmuş Hilal Əsədov, MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev azadlıqdadırlar, “MTN işi” üzrə istintaqa çağırılsalar da, faktiki statusları bilinmir. İstintaqa təqsirləndirilən şəxs və ya şahid qismində çağırıldıqları belə sirr kimi ictimaiyyətdən gizli saxlanılır. Artıq “MTN işi” ilə bağlı inandırıcı olmayan proqnozlar da doğurulmaqdadır. Hələ iş üzrə istintaq yenicə başlayan günlərdə belə fikirlər dolaşırdı ki, bir müddət sonra həbs edilən MTN-çilər azad ediləcək. Hətta bu iddia da vardı ki, Eldar Mahmudovun özünə yeni vəzifə də verilə bilər. Qeyd edilirdi ki, Eldar Mahmudovu himayə edən güclər buna nail olmağa çalışacaq.

Hələlik bu planın ilkin mərhələsinə şahidlik edirik. Ləğv olunmuş MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Vüsal Ələkbərovun cəzası 12 ildən birdən-birə 5 ilə endirilib. Azərbaycan məhkəmələrində ötən illər ərzində belə bir qərar olmayıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev hesab edib ki, Vüsal Ələkbərova qarşı birinci instansiya məhkəməsində olduqca sərt cəza verilib.


Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb
Vüsal Ələkbərov



Hakim Vüsal Ələkbərov barədə belə bir yumşaq qərar verərkən nə düşünüb?
Ola bilsin ki, Qədim Babayev tərəzinin bir gözünə Vüsal Ələkbərovun əməllərini yığıb. Tərəzinin əks tərəfi cəmi 6 sahibkardan 5 milyondan bir qədər artıq rüşvət alma əməlinin ağırlığı altında yerə dəyib.

Bəlkə o düşünüb ki, Eldar Mahmudov, Hilal Əsədov, elə Vüsal Ələkbərovun birbaşa rəhbəri, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev azadlıqda gəzdiyi bir vaxtda Vüsal Ələkbərov niyə 12 il həbsdə qalmalıdır? 5 sahibkarın 5 milyonunu alıbsa, hər var-yoxdan çıxarılan 1 milyona görə 1 il kifayət deyil?

Fakt odur ki, türmə qapıları törətdikləri cinayətlərin ağırlığına baxmayaraq “mahmudovçu”ların üzünə açılmış kimi görünməkdədir.

Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb

İstintaq Vüsal Ələkbərovun sahibkarlar Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min dollar, Müsənnif Salahovdan isə 600 min manat məbləğində rüşvət almasını rəsmən sübut edib. Vüsal Ələkbərov isə azadlığın 1 addımlığındadır. Onu yaxın zamanlarda səssiz-səmirsiz, sakitcə azad edəcəklər. Əfvə də sala bilərlər, amnistiyaya da düşə bilər. Səbəbi də çox sadədir. Onun mənsub olduğu çete ayaqdadır, zəif durumdan çıxıb. Vüsal Ələkbərov isə həbsə düşəndən sonra məhkəmələrində təmsil olunduğu çetenin rəhbərliyinə açıq tektslə mesajlar yollayırdı.

Məsələn, ötən ilin sonlarında Bakı Hərbi Məhkəməsində Vüsal Ələkbərova prosesdə son söz deməsi təklif olunmuşdu. O da hakimə demişdi ki, son söz demək üçün ona 2 həftə vaxt lazımdır. Fikrini də belə əsaslandırmışdı.

Sitat: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”

Aydın idi ki, Vüsal Ələkbərov Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutur. Mətbuatı onlar da izləyirlər və Vüsal Ələkbərovun çıxışlarından özləri üçün nəticə çıxarıblar. Vüsal Ələkbərov ağzını açıb gözünü yumsa idi, ortaya xeyli kompromat çıxa bilərdi. Elə nüansları ortaya qoyardı ki, mənsub olduğu çete içəridən çox möhkəm çalxalanardı. Görünən odur ki, məhkəmədən düşünmək üçün istədiyi 2 həftə vaxt ona da, keçmiş rəhbərlərinə də kifayət edib. Odur ki, Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi elə də təəccüblü deyil. Kompromatlarla ayaqda qala bilən Eldar Mahmudov işçisinin əlində ona qarşı nələrin olduğunu da təxmin edə bilib. “MTN işi”nin ilk günlərində aydın olmuşdu ki, Eldar Mahmudovun çetesi ölkə rəhbərliyində, mühüm vəzifələrdə olan şəxsləri, onların yaxlınlarını öz məqsədləri üçün dinləyiblər. Bu dinləmə zamanı əldə etdikləri məlumatları kompromat kimi saxladıqları haqda dəqiq bilgi yoxdur. Ancaq ilk günlər MTN rəhbərliyində aparılan həbslərin davamının olmamasını, bu qədər ağır, dövləti cinayət faktları aşkarlandığı halda cəmi 21 nəfərin həbsə alınmasını bu materiallarla bağlayanlar da var. Elə Eldar Mahmudovun özünün həbs olunmaması, ev dustağına çevrilməsi də bu faktorla izah edilir. Məsələn, deputat Zahid Oruc açıqlamalarından birində buna açıq işarə vurub: “Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaqla məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq. Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanmaması üçün belə bir yol seçilib...”

Özünü sığortalamaq, uzunmüddətli həbslərdən qorunmaq üçün belə materialların yalnız Mahmudovda deyil, MTN-nin sabiq rəhbərliyində təmsil olunan, məlum çeteyə üzv bir çox şəxsdə olduğu da istisna edilmir. “MTN işi”nin qızğın çağlarında “Azpolitika.info”nun elektron poçtuna “MTN-in serverindən oğurlanmış 250 gb informasiyanın içindən” qeydi ilə səs yazıları göndərilmişdi. Həmin səs yazılarında, ölkənin bir sıra tanınmış şəxsləri, iri məmur və nazirlərinin ünvanına çox ağır ifadələr, söyüşlər işlədildiyi bildirlirdi. Bununla keçmiş MTN rəhbərliyində təmsil olunan şəxslər əllərində hər kəs barədə kompromat olduğunu nümayiş etdirirdilər. Təsadüfi deyil ki, Eldar Mahmudova xərac verən məmurların bir çoxu bu faktları danmaq yolunu tutublar. Onlar Eldar Mahmudov və dəstəsindən bu gün də ehtiyat edirlər. Bunun üçün ciddi səbəbləri də var. Bilirlər ki, Eldar Mahmudovda onlar barəsində kompromatlar var. Məmurlar da həmin kompromatların şəbəkə tərəfindən hansısa formada mediaya ötürülə biləcəyindən ehtiyat edirlər. Eldar Mahmudovun həbsdə olmamasının da, onun çetesinə daxil olanların cəzalarının minimuma endirilməsinin səbəbi də bununla əlaqələndirilir.

Mənbə: Yeni musavat
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *