İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi
İsrail kəşfiyyat peyki ötən həftə Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilən Su-57 beşinci nəsil qırıcıları görüntüləyib.
Virtualaz.org xəbər verir ki, qırıcılarının fotoları İmage Sat İntl. şirkəti tərəfindən yayılıb. Bu şirkət öz peykləri ilə çəkilişlər aparır və vizual verilənlərin analizini aparır. Fotoşəkillər Eros B peyki trəfindən çəkilib.
Şəkillərin analizi göstərir ki, Rusiyanın yeni döyüş təyyarələri uçuşa hazırdır. Lakin onların əməliyyat imkanları məlum deyil, çünki təyyarələrin sınaqları hələ davam edir. Ekspertlərə görə Su-57 təyyarələrinin Suriyada yerləşdirilməsi onların real döyüş şəraitinə sınaqdan keçirilməsi məqsədi daşıyır.
Mənbə:> Virtualaz.org