Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun darmadağın edilməsinə cavab? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun darmadağın edilməsinə cavab?

Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun darmadağın edilməsinə cavab?

Bu gün fevralın 22-də səhər saatlarında beynəlxalq informasiya məkanında ildırım sürəti ilə belə xəbər yayıldı: Rusiyanın beşinci nəsil Su-57 qırıcıları Suriyaya göndərilib! Daha sonra uçuş sınaqlarından bu yaxınlarda çıxmış və seriya istehsalı hələ başlamayan, barəsində demək olar ki, bütün informasiyalar məxfi saxlanılan qırıcıların Hmeymin aviabazasına enməsini əks etdirən görüntülər də yayıldı. Üstəlik xəbər verildi ki, hərbi bazaya Su-57 qırıcıları ilə yanaşı 4 Su-35S qırıcısı, 4 Su-25 hücum-bombardmançı təyyarəsi və A-30 erkən xəbərdarlıq radiolokasiya təyyarəsindən ibarət aviaqruplaşma da göndərilib. Təyyarələr Xəzər dənizi üzərindən uçub, İran və İraqın hava məkanından keçib.

Rusiyanın Suriyaya başda iki ən yeni Su-57 qırıcısı olmaqla iri aviaqruplaşma göndərməsi prezident Vladimir Putinin qoşunların bu ölkədən çıxarılmasına dair ötən ilin dekabrında Hmeymim aviabazasında verdiyi əmrdən təqribən iki ay sonraya təsadüf edir.

Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun darmadağın edilməsinə cavab?


Virtualaz.org xəbər verir ki, xüsusən Su-57 qırıcılarının Suriyaya göndərilməsi qərb informasiya məkanında qızğın müzakirələrə səbəb olub. “Putinin qorxunc Su-57 qırıcılarını zəncirdən açıb buraxdılar”-Britaniyanın “The Express” tabloidi xəbəri bu başlıqla verib.

Bir sıra nəşrlər qeyd ediblər ki, qırıcıların Suriyaya göndərilməsi Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-a Suriyada “daha ehtiyatlı hərəkət etmək” barədə sərt xəbərdarlığından bir neçə gün sonra baş verir. “Mən amerikalı həmkarlarımı odla oynamamağa çağırıram”-Lavrov ABŞ-ın kürdlərin əliylə Suriyanı bölmək planlarından danışaraq deyib.

Habelə bu güc nümayişi “Vagnerin ordusu” kimi tanınan Rusiya muzdlularının Deyr əz-Zorda kürdlərin nəzarətində olan “Konoko” neft-qaz emalı zavoduna hücum zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsi fonunda baş verir.

Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun darmadağın edilməsinə cavab?


Lakin belə görünür ki, Rusiyanın məqsədi həm ABŞ-a güc nümayişi, həm də öz hərbi sənayesinin daha bir nailiyyətini sınaqdan keçirməkdir. İndiyədək Rusiya Suriyadan poliqon kimi istifadə edib və bir sıra döyüş texnikasını, silahları ilk dəfə orada sınaqdan keçirib. Məsələn, Xəzər dənizindən “Kalibr” qanadlı raketləri ilə ilk dəfə Suriya ərazisinə zərbələr endirilib.

Rusiya KİV-ləri yazır ki, Su-57 qırıcılarının uçuş sınaqları bu yaxınlarda başa çatıb. İndi bu təyyarələri real döyüş şəraitində də sınaqdan keçirmək pis olmazdı. Su-57 təyyarələri öz göstəricilərinə görə ABŞ-ın F-22 “Raptor” qırıcılarına yaxındır, radarlara yaxalanmır, yüksək manevr qabiliyyətinə, saatda 2600 kilometr sürətə malikdir. Təyyarələrin sınaq versiyalarının silahlanmaya bu il qəbul edilməsi planlaşdırılır. Və bundan əvvəl təyyarələri döyüşdə sınamaq üçün Suriya ən yaxşı poliqondur. Xüsusən də ABŞ-ın Suriyada kürdlərin nəzarətində olan ərazilər üzərində müntəzəm olaraq F-22 qırıcıları ilə reydlər keçirməsi nəzərə alınarsa. İstisna deyil ki, Su-57 qırıcıları məhz “Raptor”ların məsuliyyət zonasına daxil olmağa çalışacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *