“Sürünən müharibə”: Ermənistanın canlı və maddi itkiləri artır » AzNews.info -Xəbər portalı

“Sürünən müharibə”: Ermənistanın canlı və maddi itkiləri artır

“Sürünən müharibə”: Ermənistanın canlı və maddi itkiləri artır


Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətmiş işğalçıya qarşı istənilən mübarizə üsulu məqbuldur; Bakının taqətdən salma taktikası ta o vaxtadək davam edəcək ki...
Atəşkəsi, işğal rejimini süni surətdə uzadan Ermənistan getdikcə bunun qarşılığını daha ağır şəkildə ödəməkdədir. Söhbət ilk növbədə qoşunların təmas xəttində işğalçı qüvvələrin ilbəil artan canlı itkilərindən gedir. Ermənistan KİV-in məlumatına görə, təzə ilin ilk iki ayında - fevralın 22-dək Ermənistan silahlı qüvvələrinin 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində həyatını itirib.

İşğalçı tərəfin itkiləri təkcə bununla ölçülmür. Həm də düşdüyü blokada şəraitinin əhalisinə gətirdiyi məhdudiyyətlər və məhrumiyyətlərlə, iqtisadi itkilərlə, Ermənistanın bir-birinin ardınca iri regional layihələrdən kənarda qalmasının ağır sonucları ilə ölçülür. Yəni böyük maddi itkilər. Bu il belə böyük layihələrdən daha biri - Azərbaycan qazını Avropa bazarına çatdıracaq Cənub Qaz Dəhlizinin mühüm bir seqmenti olan TANAP istifadəyə veriləcək (30 iyun).

Ermənistanın iqtisadi və nəqliyyat blokadasına alınması isə düşmən ölkədə getdikcə daha böyük həyəcan və panik ovqat yaratmaqdadır. Bu da növbəti fakt: ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib və Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində “Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım” kimi dəyərləndirib. Bu azmış kimi, o, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı “bu cür haqsız” mövqeyə münasibət bildirməyə çağırıb. Eyni zamanda Dağlıq Qarabağdakı separatçı qurumu beynəlxalq hüququn subyekti kimi sırımağa çalışıb.

“Sürünən müharibə”: Ermənistanın canlı və maddi itkiləri artır


Lakin erməni həyasızlığına bu dəfə də layiqli cavab verilib. ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında Nağdalyanın söylədiyi məqamlara aydınlıq gətirərək öncə qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “DQR parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddilikdən xəbər verir. “Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil”, - deyə o bildirib.

Ardınca vitse-prezident bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizlərinin Azərbaycan ərazisindən keçdiyini xatırladaraq bildirib: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan bu təşəbbüslərə qoşulmaq üçün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına şərait yaratmalıdır. Lakin Ermənistan indiyə kimi işğalçılıq siyasətini davam etdirir. Ermənistanın bütün regional layihələrdən kənarda qalmasında əsas günah və məsuliyyət Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur. Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatlara uyğun olaraq, Azərbaycana hücumlar etmək üçün burada iştirak edirsiniz. Lakin bu beynəlxalq tədbir həmin təlimatların icra edilməsi üçün məkan deyil və sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

*****

Şübhəsiz ki, Ermənistanın blokada rejimi sərtləşdikcə, boğazındakı ilgək sıxıldıqca erməni rəsmilər tərəfindən bu kimi haray-qışqırıqlar da çoxalacaq. Ancaq bütün bunlar boşunadır və Azərbaycan onları heç vaxt ciddiyə almayacaq. Ona görə ki, işğalçıya, xalqımıza qarşı Xocalı soyqırımı törədən və bunu boynuna almayan təcavüzkara qarşı istənilən mübarizə üsulu bizim üçün məqbuldur.

Başqa sözlə, Bakı İrəvana həm təmas xəttində “sürünən müharibə” taktikasını yürüdərək onun canlı qüvvəsini mütəmadi itkilərə məruz qoymaqda davam edəcək, həm də Ermənistanın nəqliyyat-iqtisadi blokadasını daha da gücləndirəcək. Ta düşmən ölkə problemin həllində konstruktiv mövqeyə gəlib torpaqlarımızı azad etməyə başlayana qədər.

Lakin Ermənistan rəsmilərinin, xüsusən də prezident Serj Sərkisyan və onun xarici işlər naziri Edvard Nalbəndyanın Qarabağ mövzusunda verdikləri son açıqlamaları bir daha təsdiq edir ki, işğalçı tərəf konstruktiv mövqedən çox uzaqdır. Demək, müharibə bir o qədər yaxındadır və Azərbaycan tam doğru olaraq, öz hərbi və iqtisadi qüdrətini durmadan artırır.

Bu xüsusda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun silah tədarükçülərimizdən biri olan Belarusa təzəcə başa çatan səfəri diqqət çəkir. Xəbər verdiyimiz kimi, səfər çərçivəsində Zakir Həsənov Belaruslu həmkarı ilə görüşüb, Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib və bu ölkənin hərbi-sənaye kompleksinə daxil olan bir sıra müəssisələrdə olub.

“Sürünən müharibə”: Ermənistanın canlı və maddi itkiləri artır


“Yeni Müsavat” xatırladır ki, Azərbaycanın müdafiə naziri bundan qabaq Minskdə ötən ilin oktyabrında səfərdə olmuşdu. O zaman Azərbaycan tərəfi Belarusun “Polonez” müasir raketdən müdafiə sisteminə maraq göstərmişdi. Şübhə yox ki, qısa zaman sonra reallaşan budəfəki səfər hərbi-texniki sahədə əməkdaşlığın daha da güclənməsinə gətirəcək ki, bu da Bakının silah ticarətində çoxşaxəli siyasətinə tam uyğundur.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *