Admiral ABŞ-ı Çinlə müharibəyə hazırlaşmağa çağırdı
ABŞ-ın Avstraliyaya yeni səfiri təyin olunmuş admiral Harri Harris konqresdə çıxışı zamanı Vaşinqtonun Çinlə müharibəyə fəal şəkildə hazırlaşmalı olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Admiralın sözlərinə görə, Çin davamlı olaraq öz hərbi qüdrətini artırır və yaxın zamanda ÇXR ordusunun Cənubi Çin dənizində ABŞ qüvvələrindən daha güclü olacağı gözləniləndir.
Harris bildirib ki, Vaşinqton göz qabağında olan bu faktı nəzərdən qaçırır, bu təhdidə məhəl qoymur.
Admiralın sözlərinə görə, siyasətçilər potensial müharibənin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Ancaq paralel olaraq müharibəyə də hazırlaşmaq lazımdır.
Bu təhdidin bariz nümunəsi olaraq Harris Cənubi Çin dənizinin mübahisəli adalarında yeddi hərbi obyektin inşasını göstərib.
Mənbə:> Oxu.Az