Moskva təsdiqlədi: ABŞ ordusu rusiyalıları bombalayıb
Rusiya Xarici İşlər Nazirliyi Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin endirdiyi aviazərbə nəticəsində beş rusiyalının ölməsi ilə bağlı xəbəri təsdiqləyib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, onların vətəndaşlığı hələlik müəyyən olunmayıb.
Bu barədə “RİA Novosti” Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.
“İlkin məlumatlara görə, səbəbləri hal-hazırda araşdırılan silahlı toqquşma nəticəsində Rusiya vətəndaşı olduğu ehtimal edilən beş nəfər həlak olub. Yaralılar da var, ancaq bütün bu məlumatlar, xüsusən onların Rusiya vətəndaşları olub-olmadığı faktı yoxlanılmalıdır.
Bir daha vurğulamaq istəyirəm ki, söhbət rusiyalı hərbi qulluqçulardan getmir”, - deyə Zaxarova brifinqdə bildirib.
Mənbə:> Oxu.Az