Nazir Çin-Azərbaycan əlaqələri haqda » AzNews.info -Xəbər portalı

Nazir Çin-Azərbaycan əlaqələri haqda

Nazir Çin-Azərbaycan əlaqələri haqda

"Çin tərəfi indiyədək Azərbaycan iqtisadiyyatına 770 milyon dollar həcmində sərmayə yatırıb".

Virtualaz.org bildirir ki, bunu Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair bugünkü mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, investisiyaların strukturunda neft sektoru üstünlük təşkil edir: "Qeyri-neft sektoruna da investisiyaların artması üçün çalışmalıyıq və bunun üçün işlər görülür".

Nazir Azərbaycan-Çin əlaqələrinin inkişafına noyabrda Şanxayda keçirilməsi nəzərdə tutulan idxal sərgisində Azərbaycanın iştirakının əlavə təkan verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın bu sərgidə iştirakı üçün götürdüyü ərazinin sahəsi 2 dəfə artırılacaq.

Ş.Mustafayev həmçinin bildirib ki, Qaradağ rayonu ərazisində inşası nəzərdə tutulan "SOCAR-GPC" layihəsinə Çin tərəfinin böyük marağı var. Nazir xatırladıb ki, bununla bağlı tərəflər arasında memoradum da imzalanıb.

Nazir onu da bildirib ki, bu ilin sonuna Çinin Şanxay şəhərində Azərbaycan şərab evinin açılması nəzərdə tutulur.

Onun sözlərinə görə, ötən il Azərbaycan Çinə 1 milyon dollarlıq şərab ixrac edib. Ş.Mustafayev bildirib ki, bu, 2016-cıillə müqayisədə 2 dəfə çoxdur.

Bundan başqa, Ş.Mustafayev vurğulayıb ki, Azəbaycanla Çin arasında turizm sahəsində əməkdaşlıq memorandumunun imzalanması, Çindən Azərbaycana turist səfərlərinin təşkili də nəzərdə tutulur: "Bu da turistlərin sayını kəskin artıracaq. Məlumata görə, Çindən digər dünya ölkələrinə hər il 120 milyon. turist səfər edir".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *