“Lotu Quli” Ukrayna polisini təşvişə salıb
Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub.
Bu barədə Ukrayna polisinin rəis müavini Vyaçeslav Abroskin açıqlama verib.
"Zəmanə dəyişir. İndi "qanuni oğru"ıar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır".
Abroskin Lotu Qulini müasir qanqster adlandırıb.
"Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu, xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir".
Abroskin "Lotu Quli"nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib.
Mənbə:> Modern.az