Bakıda güclü partlayış baş verdi » AzNews.info -Xəbər portalı

Bakıda güclü partlayış baş verdi – VİDEO (YENİLƏNİB)

Bakıda güclü partlayış baş verdi


Bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb.

Yanğın saat 20:08 dəqiqədə söndürülüb.

nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.​

19:35

Bakıda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radiozavod”da partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Radioquraşdırma zavodu ərazisində baş vermiş partlayışdan sonra yanğın başlayıb.

Hazırda həmin əraziyə onlarla yanğınsöndürənlər cəlb olunub.

Partlayış baş verən ərazinin yaxınlığında yanacaq doldurma məntəqəsinin də olduğu bildirilsə də, orada hər hansı yanğın hadisəsinin baş vermədiyi bildirilir.

Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, ərazi tam polis və FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Əraziyə əlavə yanğın söndürmə və təcili tibbi briqadaları çağırılıb.

Hadisə nəticəsində ölən və yaralananların olması və dağıntı barədə ilkin məlumat yoxdur.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Xəbər yenilənir.






Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi
Bakıda güclü partlayış baş verdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *