Ərdoğan: Türkiyə Aİ-yə daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək
Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, Aİ Ankara ilə danışıqları guya Türkiyənin onun tələblərini yerinə yetirməməsi bəhanəsi ilə dayandırıb:
"Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və onun tamhüquqlu üzvü olmaq niyyətindədir".
R.T.Ərdoğan əlavə edib ki, Aİ-nin digər şərtləri Ankaranı maraqlandırmır.
Mənbə:> Trend