Erməni nazir İlham Əliyevi İrəvana dəvət etmək istəyir
Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yerevanın 2800 illiyi münasibəti ilə Ermənistanda keçiriləcək tədbirlərə dəvət etmək təklifi ilə çıxış edib.
AzNews.info News.am-a istinadən bildirir ki, bununla da onlar İrəvanın ermənilərə mənsub olması ilə bağlı İlham Əliyevə "dəlillər" təqdim etmək istəyirlər.
Erməni nazir vaxtilə Heydər Əliyevin İrəvanda olmasını yada salaraq, İlham Əliyevin də bir gün İrəvana gələcəyini mümkün sayıb.
Buna Azərbaycan xalqının da heç bir şübhəsi yoxdur. Lakin erməni nazirin nəzərə almadığı bir məqam var, Azərbaycan Prezidenti bir gün mütləq İrəvana gələcək! Lakin qonaq kimi deyil, ev sahibi kimi!
Mənbə:> AzNews.info