Azərbaycan Prezidenti Davosda “LUKOİL” şirkətinin prezidenti ilə də görüşdü » AzNews.info -Xəbər portalı

Azərbaycan Prezidenti Davosda “LUKOİL” şirkətinin prezidenti ilə də görüşdü

Azərbaycan Prezidenti Davosda “LUKOİL” şirkətinin prezidenti ilə də görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Virtualaz.org-un məlumatına görə, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, Müşahidə Şurasının sədri və icraçı direktoru Lourens Fink ilə də görüşüb.

Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verib. O hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirib.

Azərbaycan Prezidenti Davosda “LUKOİL” şirkətinin prezidenti ilə də görüşdü


Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirib ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını bildirib.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışıb. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışıb, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *