Azərbaycan gözəli Zakir Həsənov haqqında kitab yazdı » AzNews.info -Xəbər portalı

Azərbaycan gözəli Zakir Həsənov haqqında kitab yazdı – FOTO

Azərbaycan gözəli Zakir Həsənov haqqında kitab yazdı

Azərbaycanlı hərbçi model müdafiə nazirinin bioqrafiyasından və hərbi həyatdan bəhs edən "İdeal nazir – Zakir Həsənov" adlı kitabını çap etdirib

Bu barədə AzNews.info-ya məlumat verən "II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu, son illər eyni zamanda model kimi məşhurlaşan Tehranə Bəhruzi Zakir Həsənov haqqında kitab yazmaqla onun kimi bir şəxsiyyətin dünyada tanıdılmasında onun da payının olmasını istədiyini bildirib:

"Deyirlər, ideal insan olmur. Zakir Həsənovun timsalında mən tam əksini gördüm. O, öz vətəni uğrunda canından keçməyə qadir bir insandır. O, İDEAL NAZİR tituluna layiq biridir!"

Belə bir kitabın yazılması fikrinə Azərbaycan gözəli hələ Azərbaycanın ilk qadınlardan ibarət xüsusi təyinatlı qrupu olan "Şimşək" qrupunda qulluq edərkən gəlib. Kitabın ərsəyə gəlməsində hərbçiyə hazırda Moskvada yaşayan və jurnalist işləyən rəfiqəsi Nabat kömək edib. Nəşrin ədəbi redaktoru isə Aneliya Orduxanovadır.

“Hər bir insan öz yoluna başlayanda yetkin həyatında onun keşməkeşli yolunu aydınladacaq yolgöstərən ulduzu düşünür. Mənim üçün bu adam Zakir Həsənov olub. Məhz o, Azərbaycanın daxili qoşunlarında mənim xidmət etdiyim xüsusi təyinatlı qadın qrupunu yaradıb və mən hazırda öz həyatımı hərbi xidmət olmadan təsəvvür edə bilmirəm. Bu kitab təkcə nazir haqqında deyil, həm də hərbi xidmət haqqındadır. Mən xidmət zamanı başa düşdüm ki, bizim harada işləməyimiz və yaşamağımız vacib deyil, vacib olan heç nəyə baxmayaraq öz vətənini sevməkdir” – deyə Bəhruzi bildirib.

Bəhruzi etiraf edib ki, kitab üzərində işləyərkən heç kəsə bu barədə məlumat verməyib. İstəyib ki, onu nazirin ad gününə sürpriz eləsin. Kitab üzərində xeyli işləmək lazım gəldiyi üçün hərbçi onu lazımi vaxtda çatdırmayıb.

Kitab işıq üzü görəndən sonra Bəhruzi onu Həsənova hədiyyə edib.

Kitabın nəşri ilə əlaqədar olaraq Tehranə Bəhruzi fotosessiya da edib. Bunun üçün o, çəkiliş yeri kimi “Xəzər” universitetinin informasiya mərkəzini seçib. Onun obrazı üzərində vizajist Bəyaz işləyib, şəkilləri isə Nikon fotoart studiyasının fotoqrafları çəkib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *