"Bu qorxunun əsiri olanlara demişəm, SSRİ bərpa olunmayacaq" – NAZARBAYEV
"Avrasiya İttifaqının SSRİ-nin yenidən yaradılması ilə əlaqəsi yoxdur".
Bu sözlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevinin yeni "Müstəqillik erası” kitabında yer alıb. Onun sözlərinə görə, Avrasiya İttifaqı tam olaraq iqtisadi layihədir:
"İrrasional qorxuların əsiri olanlara gəlincə isə, mən, onlara 2011-ci ilin oktyabrında cavab vermişəm. SSRİ bərpa olunmayacaq. Bu, sadəcə spekulyasiyalardır”.
Mənbə:> Axar.az