Ukraynada Azərbaycanın da maraq göstərdiyi “Qrom” raketlərinin sınaqları keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Video

Ukraynada Azərbaycanın da maraq göstərdiyi “Qrom” raketlərinin sınaqları keçirilir – VİDEO

Ukraynada Azərbaycanın da maraq göstərdiyi “Qrom” raketlərinin sınaqları keçirilir

Ukraynada “Qrom-2” operativ-taktiki raketlərinin sınaqları keçirilib. Virtualaz.org xəbər verir ki, raketin sınaqlarına dair videogörüntüləri Ukraynanın Milli sənaye portalı yerləşdirib. Kadrlara əsasən raketin mühərriki xüsusi sınaq meydançasında işə salınır.

“Qrom-2” operativ-taktiki raketləri 280 kilometrə qədər məsafədə hədəfləri vurmaq üçün nəzərdə tutulub, tatiki-texniki göstəricilərinə görə Rusiyanın “İsgəndər-M” raketlərinə yaxındır. Ukrayna hərbi sənayesi bu raket üzərində işə bir neçə il əvvəl başlamışdı, raketin görüntüləri ilk dəfədir yayılır. Raket üzərində iş Belarus mütəxəssislərinin iştirakı ilə aparılır. Raketlər Belarus istehsalı olan mobil platforma üzərində yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl bəzi xarici mənbələrdə Azərbaycanın da “Qrom-2” raketlərinə maraq göstərdiyi haqda xəbərlər yayılmışdı. Perspektivdə Azərbaycan bu raketləri əldə etmək istəyində ola bilər, lakin başqa məsələdir ki, Ukrayna onları Azərbaycana satmaq istəyərmi...


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *