Varisin sirləri: offşor şirkətlər, dünyanın ən bahalı qəsrləri, 450 milyon dollarlıq tablo... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Varisin sirləri: offşor şirkətlər, dünyanın ən bahalı qəsrləri, 450 milyon dollarlıq tablo... – GUYA KORRUPSİYAYA QARŞI İDİ

Varisin sirləri: offşor şirkətlər, dünyanın ən bahalı qəsrləri, 450 milyon dollarlıq tablo...

Öz ölkəsində korrupsiyaya müharibə elan edən Səudiyyə vəliəhdi dünyanın ən bahalı mülkünü alıb. Belə ki, Fransanın Versal şəhərinin yaxınlığındakı 4645 kvadrat metrlik mülk əslində Chateau Louis XIV (14-cü Lüdoviqin qəsri) adlı saraydır. Bir vaxt özünün toy məclisi üçün buranı Kim Kardaşyan gözaltı etmişdi. Saray 2015-ci ildə 275 milyon avroya satılıb.

Satış zamanı alıcının adı elan edilməmişdi, lakin indi "New York Times" qəzeti yazır ki, jurnalist təhqiqatı sarayın yeni sahibinin Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğunu üzə çıxarıb.

Qəzetin apardığı təhqiqat göstərib ki, “Forbes” jurnalının "dünyanın ən bahalı mülkü" adlandırdığı malikanənin alqı-satı sənədlərinin izi Səudiyyə taxt-tacının vəliəhdinə gedib çıxır.

Varisin sirləri: offşor şirkətlər, dünyanın ən bahalı qəsrləri, 450 milyon dollarlıq tablo...


Bu xəbərlər çox güman 32 yaşlı şahzadənin pərtliyinə səbəb olacaq. Axı o öz ölkəsində qənaətcilliyə və sadəliyə çağırıb və krallığın zənginləri üzərinə antikorrupsiya hücumu elan edib. Səudiyyədən alınan son xəbərlərdə deyilirdi ki, şahanə mülklərdə yatmağa öyrəncəli bir çox Səudiyyə varlısı Riyaddakı “Ritz Carlton” otelində girov saxlanırdı.Onlara əldə etdikləri sərvəti təhvil verib azadlığa çıxmaları təklif olunmuşdu.

"The New York Times" yazır ki, 14-cü Lüdoviqin qəsrinə aid alqı-satqı sənədləri Fransa və Lüksemburqda qeydiyyatdan keçmiş bir neçə ofşor şirkətində gizlədilib. Lakin bütün bu ofşor şirkətləri “Eight Investment Company” adlı şirkətə bağldır. Həmin şirkət isə şahzadə Məhəmmədin şəxsi fonduna daxildir.

Varisin sirləri: offşor şirkətlər, dünyanın ən bahalı qəsrləri, 450 milyon dollarlıq tablo...


Qəzetin yazdığına görə Səudiyyə vəliəhdi Fransadakı bu qəsrlə yanaşı 500 milyon dollarlıq yaxta və Leonardo da Vincinin 450 milyon dollarlıq tablosunu da alıb. Həmin tablo bu yaxınlarda hərrac zamanı naməlum müştəriyə satılmışdı.

Varisin sirləri: offşor şirkətlər, dünyanın ən bahalı qəsrləri, 450 milyon dollarlıq tablo...


“Eight Investment” şirkəti habelə bu yaxınlarda Paris yaxınlığındakı Konde-sür-Vesqr yaxınlığındakı 2, 5 kvadrat kilometrlik mülkiyyəti əldə edib. 14-cü Lüdoviqin qəsri 17-ci əsr fransız qəsrlərinin üslübünda tikilsə də, əslində bir neçə il bundan əvvəl ucaldılıb. Burada örtülü və açıq hovuzlar, kinoteatr, iki bal zalı və gecə klubu var. Malikanədə 10 yataq otağının olduğu, zirzəmisində isə 3 min şüşə şərabın saxlandığı deyilir.Buradakı akvariumda nəhəng nərə balığı üzür…

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *