Gədəbəyin icra başçısı yolkəsənlik edir - qonşunun yolunu kəsib, sahibkarın obyektinə yol açır – QALMAQAL
Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı Ramiz Yediyarov qanunsuz hərəkətinin bütün ölkəyə səs salmasından qorxuya düşüb.
Ramiz Yediyarovun yolkəsənliyi, sahibkara divan tutması haqda “Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır” - REPORTAJ (FOTOLAR, VİDEO)” reportaj təqdim etmişdik.
İcra başçısı sahibkar Fəxrəddin Bağırovun obyektinin qapı-pəncələrini, darvazasını hördürəndən sonra mətbuata açıqlamalarında demişdi ki, obyekt qanunsuz tikilib. Ona görə də obyektin sahibkar tərəfindən istifadəsini bu şəkildə dayandırıb. Günlərdir ki, məsələ mətbuatlın gündəmindədir. Hər kəs icra başçısının qanunsuz inadkarlığının nə ilə nəticələnəcəyini maraqla izləyir.
Buna da bax: Əmlakı qəsb olunan sahibkar “fövqəlnazir”ə üz tutdu: ''Kimə deyirəm inanmır, çünki inanılası iş deyil''
Belə bir vaxtda, dekabrın 6-dan başlayaraq Ramiz Yediyarov dediklərinin yalan olduğunu ortaya qoyan addımlar atmağa başlayıb. İcra başçısı sahibkar Fəxrəddin Bağırovun obyektinin qonşuluğunda yaşayan ailənin qəti etirazlarına məhəl qoymadan onların həyətlərinin içindən yol çəkməyə başlayıb. Bunun üçün əraziyə traktor yeridilib, ağır texnikalarla beton, qum gətizdirərək yol çəkilir. İcra başçısı qonşunun yolunu bağlayıb özü tərəfindən blokadaya alınan Fəxrəddin Bağırovun obyektinə yol açdırır. Əgər obyekt qanunsuzdursa, Ramiz Yediyarov yolu buna görə bağlanıbsa, ora yolu niyə açdırır?
“Ramiz müəllim buradan Fəxrəddinin obyektinə yol açır”
Həmçinin Fəxrəddin Bağırovun icazəsi olmadan onun obyektinin divarı da sökülüb.
Mənbə:> criminal.az