Azərbaycan Qarabağda qış hücumuna hazırlaşırmı... – BAKI MESAJ VERİR Kİ, GÖZLƏMƏKDƏN BEZİB...
Rusiya üçün hazırda Donbassda aşağı intensivlikli atəşmalarla status-kvonu saxlamaq, bununla da Qarabağda olduğu kimi vaxt udmaq və dünyanı Azərbaycan ərazilərinin işğalına alışdırdığı kimi Donbassın da işğalı ilə barışmağa məcbur etmək ən münasib variantdır.
Virtualaz.org xəbər verir ki, belə qənaətlə ukraynalı bloqqer-tarix elmləri namizədi Sergey Klimovski “Obozrevatel” saytında dərc edilmiş məqaləsində çıxış edir.
Müəllifə görə Ukrayna hazırda Moskvanı hərbi aspektdə Suriya və Qarabağdan daha az narahat edir. Klimovski qeyd edir ki, Moskvanın Qarabağ məsələsində necə hərəkət edəəcyini heç kim bilmir.
“Moskvanın Qarabağda 20 il əvvəl divardan asdığı “tüfəng” Rusiyadakı seçkilərin yekununu gözləmədən elə qışda atəş aça bilər. Azərbaycan ordusu üçün Ukrayna ordusundan fərqli olaraq böyük şəhərlərə hücum etmək zərurəti yoxdur-Dağlıq Qarabağın və işğal edilmiş ətraf rayonların əhalisi 150 mindən çox deyil. Bakının böyk istəyi var ki, “aprel müharibəsi”ni təkrarlasın və mövzunu birdəfəlik bağlasın. Və fakt deyil ki, Ermənistan ordusu və Sərkisyan buna böyük müqavimət göstərə biləcək. Noyabrın 27-də belə informasiya meydana çıxdı ki, Bakı Rusiyanın yeni səfiri qismində Georgi Zuyevin namizədliyini qəbul etməkdən imtina edib. Onun açıq-aşkarr ermənipərəst mövqeyinə görə. Diplomatik münasibətlərin kəsilməsi deyil, amma aydın eyhamdır ki, Bakı gözləməkdən bezib”-müəllif yazır.
Klimovskiyə görə Moskvanın “vaxt uzatmaq” strategiyası artıq Qarabağda işləmir, amma hələlik Ukraynada işləyir.
Mənbə:> virtualaz.org