Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?! YENƏ TELMAN İSMAYILOV

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!

Çoxsaylı sifarişli qətllərdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda təqsirli bilinərək barəsində axtarış elan edilmiş azərbaycanlı keçmiş oliqarx-milyarder Telman İsmayılov cəmi bir neçə ay əvvələ qədər Rusiya siyasi elitasını brend alkaqolla təchiz edirmiş. Virtualaz.org xəbər verir ki, bu haqda “Sobesednik” yazır.

Bu günlərdə üzə çıxıb ki, Telman İsmayılovun “AST İnternational Environment”” şirkəti Rusiya Dövlət Dumasına 1.5 milyon rubl dəyərində elit alkoqol satıb. Həmin şirkət həl 90-cı illərdə yaradılıb və xarici ölkələrdə istehsal olunmuş brend alkaqolun Rusiyada distributorluğunu həyata keçirir. Şirkətin səhmlərinə bu yaxınlara qədər T.İsmayılovun oğlanları nəzarət edirdi. Lakin aktivi kreditorlardan qorumaq üçün səhmdarlar dəyişdirilib. Ehtimal edilir ki, şirkət hələ də İsmayılovların nəzarətindədir. Onun illik dövriyyəsi 12 milyard rubldur.

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!


Məlum olub ki, Kremlin İşlər İdarəsinə bağlı “4 saylı Qida Kombinatı” “AST İnternational Environment”” şirkəti ilə Dövlət Duması, Federasiya Şurası və Hesablama Palatası üçün alkaqollu içkilərin təchizatına dair müqavilə bağlayıb. Müqaviləyə əsasən alkaqolun alınması “texnogen və təbii xarakterli fövqəladə situasiyaların nəticələri, təcili tibbi müdaxilə zərurəti və digər qeyri-müəyyən qüvvələrlə” ilə əsaslandırılır.

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!


Müqavilədə göstərilir ki, deputatlara bir butulkası 91.4 min rubl olmaqla “Dom Perinyon” şampanları, 338 min rubla “Haylend Park” viskisi, 450 min rubla “Tesseron extrime” konyakı və digər brend içkilər alınmalıdır.

Lakin Telman İsmayılovun şirkətinin müştəriləri arasında təkcə deputatlar yoxdur. Məsələn, “Taktiki raket silahları” korporasiyasının sədri Boris Qrızlov üçün də Qərb ölkələrində istehsal olunmuş elit alkoqol sifariş edilib. O cümlədən Rusiya XİN həmin şirkətdən alkoqol alıb. Məsələn, 40 ilik “Martel Xo Extra Old” konyakı, 1500 ədəd 50 qramlıq “Russkiy Standard Gold” arağı. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə isə T.İsmayılovun şirkəti tərəfindən Meksika tekilası, italyan martinisi və Azərbaycan şərabı çatdırılıb.

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!


Habelə Kremlin İşlər İdarəsinin “3 nömrəli Qida Kombinatı” hökumət rəhbərliyi üçün şirkətdən nisbətən ucuz-butulkası 4800 rubl olmaqla 20 ədəd “Hennesi” konyakı, 60 butulka “Kayanti” və digər içkilər sifariş edib. Ümumiyyətlə, təkcə bu il T.İsmayılovun firması hakim elitanı alkaqolla təchiz etmək üçün 268 milyon rubl həcmində müqavilə bağlayıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *