"Bəzi qurumların rəhbərlərinin aqibəti heç də yaxşı olmayacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

"Bəzi qurumların rəhbərlərinin aqibəti heç də yaxşı olmayacaq"

"Bəzi qurumların rəhbərlərinin aqibəti heç də yaxşı olmayacaq"


"Hər bir dövlət qurumunun rəhbərliyi yaxşı anlayır ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrası ilə bağlı illik hesabatdakı nəticələr onların işinin birbaşa göstəricisi hesab olunacaq. Ona görə də hər vəchlə çalışacaqlar öz mövqeyini daha da yaxşılaşdırsınlar. Bu da təbii ki, onların fəaliyyətini daha düzgün, işlərini daha səmərəli şəkildə qurmasına təsir edəcək. Lakin ilin ilk yarısına dair aralıq hesabatdakı nəticələrə əsasən, Strateji Yol Xəritələrinin icrasında müəyyən nöqsanlar var və onlar dərhal aradan qaldırılmalıdır".

"Qaynarinfo" xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili hesab edir ki, həmin dövlət qurumlarının öz fəaliyyətində dəyişiklik etməsi üçün hələ də müəyyən qədər vaxt var və onlar bundan maksimum istifadə etməlidirlər. Əks halda həmin qurumların rəhbərliklərinin aqibəti heç də yaxşı olmayacaq:

"Strateji Yol Xəritələri elmi əsaslara söykənən sənədlərdir. Orada iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edən mükəmməl proqramlar yer alır. Yol xəritələri bu ilin əvvəlindən icra edilməyə başlayıb. Təxminən bir ay bundan əvvəl isə həmin sənədlərin icrasının monitorinqi aparılıb və nəticələri ictimaiyyətə təqdim olunub. Açıqlanan nəticələrdən bəlli oldu ki, bəzi sahələrdə nəzərdə tutulan işlərin icra vəziyyəti qənaətbəxş deyil. Ancaq elə sahələr də var ki, orada müsbət nəticələr əldə edildiyini də gördük. Lakin qane etməyən məsələlərin olması dövlət başçısı kimi bizim də hər birimizi, hər bir dövlət qurumunu narahat etməlidir. Sadəcə ümidverici məqam odur ki, monitoriqin nəticələri yalnız ilin birinci yarsını əhatə edirdi və hələ ilin sonuna bir müddət var. Ona görə də hesab edirəm ki, Strateji Yol Xəritələrinin illik monitorinqinin sonunda onların icrasının müsbət nəticələrini görə biləcəyik. Belə olsa, təbii ki, monitorqin nəticələrinə uyğun olaraq dövlət başçısının tapşırıqlarına əsasən, bu həm də çatışmazlıqlar aradan qaldırılması demək olacaq".
"Bəzi qurumların rəhbərlərinin aqibəti heç də yaxşı olmayacaq"

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Strateji Yol Xəritələrinin icrası ilə bağlı məsələlərə toxunaraq onların icrasında gecikmələrə yol verən qurumlara tezliklə işlərində dönüş yaradılmasına dair tapşırıq verib: "Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar".

Mənbə: Qaynarinfo
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Great shoes are made from great names like this Nike high tops for men. You might be hopeful that you'll be offered a job after your great interview. She’s passionate about sustainability and loves working for a company that’s as excited about protecting the planet as they are about designing great gear. This is your company to make a difference, this is your time to become a world changer with us. This happened around 13.7 billion years ago, a very long time indeed! 250 billion worth of Chinese imports. Include some brand-new fluffy towels as well as a gorgeous candle light or 2. Your prospective purchasers will certainly really feel relaxed when entering the room and come to be quickly drawn in to it. From the summit, the total potential ride distance is 11.7km while dropping a staggering 1218m. Times will vary based on your experience, pace, and choice of route.

Visit site: http://v.ht/yKLc

http://v.ht/pj1I
http://v.ht/xDab
http://v.ht/fUL0
http://v.ht/RmvB
http://v.ht/CDcy

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *