Prezident tapşırıq verdi: Öhdəsindən gələ bilməyən işdən kənarlaşdırılacaq » AzNews.info -Xəbər portalı

Prezident tapşırıq verdi: Öhdəsindən gələ bilməyən işdən kənarlaşdırılacaq

Prezident tapşırıq verdi: Öhdəsindən gələ bilməyən işdən kənarlaşdırılacaq


Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki müşavirələrdə də öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək. Çünki artıq neçə vaxtdır ki, biz bu barədə danışırıq, işlər gedir, amma hələ nəticələr yoxdur.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bildirib.

Prezident qeyd edib ki, bu məsələdə mərkəzi icra orqanları, bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə, yerli icra orqanları da fəal işləməlidirlər.

“Onlar bunu təşkil etməlidirlər, yerlər ayırmalıdırlar, şərait yaratmalıdırlar. Onların işi bundan ibarətdir. Ona görə, hesab edirəm ki, bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var”, - deyə, dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın əksər rayonları dotasiya ilə yaşayır.

“Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?”, - deyə, İ. Əliyev bildirib.

Prezident qeyd edib ki, ölkədə bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur, turizm infrastrukturu yaradılır.

“Kim bunu yaradır? Dövlət və özəl şirkətlər. Amma yerlərdə onlar daha fəal işləməlidirlər. Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər. Yəni, onlar da nəticə çıxarsınlar. Dövlət onsuz da öz siyasətini aparacaq və lazımi sərmayəni qoyacaq. Ancaq mən əminəm ki, bizim bütün rayonlarımız daha səmərəli işləyə bilərlər və daha da yaxşı nəticələr olacaqdır.

Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə, hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq”, - deyə, İ. Əliyev vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *