İcra başçısı oğlunun xoruz döyüşü: Yevlaxda qurulan inanılmaz imperiya
Yevlaxda sahibkarlar üçün heç bir münbit şərait yaradılmayıb. Sahibkarlığa dəstək yalnız Səmədovların imkanlarını genişləndirir.Dövlət başçısı aqrar regionlarda sahibkarlığın, qeyri-neft sektorunun, aqrar sahələrin inkişafı haqda tapşırıqlar verir, pul ayırır. Hazırda Yevlax da aqrar bölgələrdən biridir. Amma fermerlər və iş adamları “qan ağlayır”lar. Əvəzində pula pul deməyən Q.Səmədovun oğlanları rayonda şadlıq evlərinin sahibləridirlər.
Yevlaxda hamıya gün kimi aydındır ki, rayona nəzarət Gəncə rəhbəri Elmar Vəliyevdədir. Onun müavini olmuş Q.Səmədov isə E.Vəliyevin diktəsi ilə hərəkət edir. Ona görə yaxın çevrəsində arxayınlıqla danışır ki, kimsə ona bata bilməz, biznesinə toxunmaz. Hətta təkəbbürlü şəkildə deyibmiş ki, vəzifədən istefaya göndərilməsi də mümkün deyil. Çünki E.Vəliyevin çətiri altındadır. İcra başçısı həmçinin sahibkarlara da aman vermir, onlara əlavə problemlər yaradır.
Elmar Vəliyevin dövründə inşa edilən tikililərin, daha doğrusu sahibkarlıq obyektlərinin bir çoxu sökülüb. Yevlax İcra Hakimiyyətinin rəsmiləri sökülən obyektlərin sənədlərinin qaydasında olmadığını əsas gətiriblər. Bunun nəticəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara həm maddi, həm də mənəvi ziyan dəyib.Palitika.Az-ın əldə etdiyi məlumatda bildirilir ki, icra başçısının oğlanları rayonda əsas biznes sahibləridirlər.
İcra başçısı oğlunun xoruz döyüşü: Yevlaxda qurulan inanılmaz imperiya - VİDEODövlət başçısı məmurlara və övladlarına təvazökar olmağı tövsiyyə etsə də, Yevlaxdan uzağı görmürlər. Hətta bu yaxınlarda siam.az saytında xəbər yayılmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayevə məxsus restoranın ərazisində xoruz döyüşdürülür. Bu yarışların baş ideoloqu isə kim olsa yaxşıdır, Yevlaxın icra başçısı Qoca Səmədovun oğlu Ruslan Səmədov. İddialara görə, Yevlax-Bərdə yolunda yerləşən “Dərələyəz” restoranının ərazisində xoruz döyüşdürülür.
İcra başçısı oğlunun xoruz döyüşü: Yevlaxda qurulan inanılmaz imperiya - VİDEOBu yarışlardan gələn mənfəətin iki icra başçısının cibinə getdiyini söyləmək çətin olsa da, Q.Səmədovun oğlunun xoruz döyüşlərinin həvəskarı, azart fanatı olduğu bildirilir. Məmurlar və uşaqları arasında kazino və s. azart həvəskarlarının olduğunu, milyonluq maşınlarda avtoxuliqanlıq edib insanları öldürməsini eşitmişik, xoruz döyüşdürülməsini isə ilk dəfə... nV.İsayevin isə başı milyonluq maxinasiyalara elə qarışıb ki, Q.Səmədovun oğlunun başının dəstəsi ilə “Dərələyəz”ə gəlib xoruz döyüşdürməsindən bəlkə də bixəbərdir.
Amma inandırıcı deyil ki, restoranda işləyənlər icra başçısına məruzə etməsinlər. Görünür, eyni siyasi klana daxil olduqları üçün İsayev Səmədovun oğlunun hərəkətlərinə göz yumur.
Nə də olmasa, ictimaiyyətə Vidadi İsayev, Qoca Səmədov, Elmar Vəliyev və onların yaxın çevrəsindəki məmurların, idarə rəislərinin ümumilikdə bir qruplaşma olduğu sirr deyil.
Mənbə:> AzeriNews