Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” postuna namizəd müəyyən olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” postuna namizəd müəyyən olundu

Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” postuna namizəd müəyyən olundu

Rusiyada həbsdə olan “Şakro Moldooy” ləqəbli “Bir nömrəli vor zakon” Zaxari Kalaşovun klanında onun yerinə müvəqqəti namizədin kimliyi müəyyənləşib. Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, bu “Vasya Voskres” ləqəbli Vasili Xristoforovdur.

Vasili Xristoforov əvvəlcə “Ded Xasan”ın klanında “mühasib” funksiyasını yerinə yetirib, kriminal qruplaşmanın “obşak”ına baxıb və bu işdə qüsursuz imicə malik olub.

“Şakro Molodoy” 2016-cı ildə həbs olunub, onu uzunmüddətli həbs cəzası gözləyir. “Şakro”nun həbsindən sonra onun varisinin kim olacağı barədə müzakirələr aparılırdı, qərar isə qəbul olunmamışdı. Çünki mafiya inanırdı ki, “Şakro” hansısa yolla azadlığa çıxacaq. Lakin indi tam əminlik yaranıb ki, “Şakro” yaxın gələcəkdə azadlığa çıxa bilməyəcək.

Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” postuna namizəd müəyyən olundu


“Şakro”nun həbsindən sonra mafiyanın yeni rəhbərliyini üç “vor zakon”dan ibarət triumvariat formalaşdırmalıydı. Bunlar “Tyurik” ləqəbli Vladimir Tyurin, “Piçuqa” ləqəbli Yuri Piçuqin və “Laşa Rustavski” ləqəbli Laşa Şuşanaşvili idi. Hesab edilirdi ki, “Şakro” azadlığa çıxmasa mafiyanın operativ fəaliyyətinə “Piçuqa” rəhbərlik edəcək, “Tyurin” lider olacaq, Laşa isə klanın xaricdəki nümayəndəsi olacaq. Ancaq bu planlar pozuldu. “Piçuqa” çoxsaylı ağır ittihamlarla həbs edildi. “Tyurik” bu günlərdə Ukraynaya qaçmış rusiyalı deputat Denis Voronennikovun qətlinə görə media qəhrəmanına çevrildi. Məlum oldu ki, həmin sui-qəsdi FTX “Tyurik”ə sifariş verib. Nəticədə bu cür məşhur adamın mafiya lideri olması mümkünsüz işə çevrildi. Laşa isə İsveçrədə rahat yaşamaqda ikən yenidən “üzə qayıtmağa” həvəsli deyil.

Nəhayət müzakirələrdən sonra “Vasya Voskeres”n namizədliyi üzərində qərarlaşıblar. Ancaq “Vasya Voskres” özü hələlik “Şakro”nun səlahiyyətlərini icra etməyə razılıq verməyib. “Rosbalt” yazır ki, “Şakro”nun klanı tələsməlidir. Çünki son vaxtlar “Edik Osetrin” ləqəbli “vor zakon” Eduard Asatryan çox fəallaşıb. O, “Vasya”nın çoxdankı düşmənidir və Moskvada güclü klan formalaşdırır. Habelə azərbaycanlı məşhur kriminal avtoritet “Lotu Quli” də azadlığa çıxıb və “Bir nömrəli vor” olmaq ambisiyalarını gizlətmir. Hazırda “Quli” Türkiyədədir. Ötən həftə ona qarşı sui-qəsd planının üstü açılıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *