Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq » AzNews.info -Xəbər portalı

Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq

Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq

Rusiya yükdaşıyanlar birliyi dekabrın 15-də “Platon” sisteminə etiraz olaraq TIR sürücülərinin yeni ümumrusiya tətilini başlatmağa hazırlaşır.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aksiyaya səbəb “Platon” sistemi üzrə TIR sürücülərindən tutulan vergilərin növbəti dəfə artırılmasıdır. Bu sistemə əsasən Rusiyanın federal əhəmiyyətli yollarında hərəkət edən TIR-lardan daşıdıqqları yükün ağırlığına və məsafəyə görə haqq alınır. Ötən ilin sonlarında bu sistemə etiraz olaarq kütləvi tətillər keçilmişdi. Dağıstanda isə sürücü tətili daha geniş miqyas almışdı və nəticədə Azərbayanla Rusiya arasında yükdaşımalar həftələrlə faktiki olaraq dayanmışdı.
Bu ilki aksiyalar Rusiyada prezident seçkiləri kampaniyasının başlanması ilə eyni günə təsadüf edəcək. Dağıstan TIR sürücüləri də bu aksiyada iştirak etməyə hazırlaşır. Bunu Birliyin Dağıstan şöbəsinin koordinatoru Kamaldin Maqomedov bildirib. Onun sözlərinə görə, hələlik aksiyada neçə sürücünün iştirak edəcəyi müəyyən olunmayıb. Bu qərar dekabrın 15-də keçiriləcək yığıncaqda veriləcək.

Əgər tətil kütləvi olsa Azərbaycanla Rusiya arasında yükdaşımalarda yenə problem yaranacağı qaçılmazdır.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *