Qiyam ölkəni bürüyüb, fakt gizlədilir... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...

Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...

Dağıstanın Nəqliyyat Nazirliyi bildirir ki, bir sıra yükdaşıma firmaları “Platon sistemi”İnə etiraz olaraq keçirdikləri tətili dayandırmağa razılaşıblar. Əvəzində Dağıstan hökuməti onların tələblərinin bir qismini yerinə yetirəcək.

Virtualaz.org xəbər verir ki, Dağıstanın Nəqliyyat Nazirliyi yükdaşıma firmalarının onlara 25 bənddən ibarət tələblər təqdim etdiyini, həmin tələblərdən 16-nın regional hökumət tərəfindən yerinə yetiriləcəyini açıqlayıb. Bura Dağıstan-Azərbaycan sərhədində TIR-lar üçün qabarit-tərəzi nəzarətinin tətbiqi ilə bağlı problemin həlli, federal yollarda boş nəqliyyat vasitələrinin dayanması və sürücülər üçün istirahət, iş rejiminin tənzimlənməsi, yükdaşımalar üçün lisenziyanın müddətinin uzadılması kimi məsələlər daxildir. Lakin “Platon sistemi”inin ləğvi barədə tələb yerli hökumətin səlahiyyətində deyil və bu tələbin yerinə yetirilməsi üçün federal qanunvericilikdə dəyişikliklər olmalıdır.

Nazirliyin nümayəndəsi deyib ki, yükdaşıyanların bir qismi bunu anlayışla qarşılayır, bir qismi isə öz tələblərində qalır. Ötən gündən etibarən onlarla yükdaşıma şirkəti tətili dayandırıb və nəticədə Dağıstandan üzü Rusiyanın digər regionlarına tərəf TIR-ların hərəkəti qismən bərpa olunub. “Rostransnadzor” isə bildirir ki, Azərbaycandan olan 120 TIR Stavrapol vilayətinə tərəf hərəkət edib. Tətilə görə Dağıstanda ilişib qalan 25 TIR isə Azərbaycana keçib.

Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...


Hazırda Manas qəsəbəsi yaxınlığında 100-ə yaxın TIR dayanıb, onlar əsasən fərdi yükdaşıyanlardır. Firmaların çoxu tətili dayandırsalar da fərdi yükdaşıyanlar aksiyanı davam etdirir. Belələrinin sayı Dağıstan üzrə 500-dən çoxdur. Bu, Dağıstan Nəqliyyat Nazirliyinin açıqladığı rəqəmdir. Lakin aksiyanın həm Dağıstan, həm Şimali Qafqaz və bütövlükdə Rusiya üçün miqyası təxmin edildiyindən qat-qat böyükdür.

Xatırladaq ki, dağıstanlı sürücülər “Platon sistemi” üzrə federal yollardan istifadəyə görə haqqın 25 faiz bahalaşdırılmasına qarşı martın 27-dən tətil edirlər. Onlar Azərbaycandan olan TIR-ları da dayanmağa məcbur edirdilər, bu zaman azərbaycanlı sürücülər hücuma məruz qalıb, maşınları yandırılıb. Yaranmış vəziyyət Rusiyadan Azərbaycana və geriyə yükdaşımalara ciddi təsir edib.

Dağıstanın yükdaşıma firmalarından bəzilərinin aksiyanı dayandırmasına baxmayaraq azərbaycanlı sürücülər hələ də problemin qaldığını, onların maşınlarının daşa basıldığını deyirlər. «Maşınlarımızı yolda yenə daşlayırlar, mallarımız xarab olur. Heç bir dəyişiklik yoxdur». Rusiyaya yük daşıyan sürücülər "Azadlıq" radiosuna belə deyirlər.

«Bizimkilər neyləyə bilər ki? Burda – Rusiyada iş görülməlidir. Maşın yola çıxan kimi daşlayırlar, əllərinə keçəni atırlar, şoferləri döyürlər», – adının çəkilməsini istəməyən sürücü söyləyir.

Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...


Onun sözlərinə görə, bəzi sürücülər özlərini riskə ataraq mal daşıyırlar. «Heç kim bilmir yolda başına nə gələcək. Sərhədi keçən maşınlar axşam saatlarına qədər gözləyirlər. Yalnız axşam saatlarında yol polisinin müşayiəti ilə kortej şəklində yola çıxırlar. Yolda heç polisə məhəl qoyan da olmur. Öz bildiklərini edirlər. Problem olduğu kimi qalır».

CurrentTime.TV isə xəbər verir ki, əslində sürücülərin qiyamı Dağıstandakı tətillə bitmir. Artıq ard-arda iki həftədən çoxdur ki, Sankt-Peterburqun Moskva şosesindəki soyuducu qoşqunu soyutmurlar, əksinə, qızdırırlar. Bura uzaq məsafələrə işləyən yük maşını sürücülərinin Peterburqdakı etiraz qərargahıdır. Təəssübkeşlər bura ərzaq və yanacaq, tətil iştirakçıları isə məlumat göndərir. Regionlardakı KİV-lər tətilçilərin yanına, demək olar, gəlmirlər.

Etirazın rəhbəri Andrey Bazhutin yolda xoşagəlməz hallarla üzləşib. Səhər onun Krasnodar diyarından keçməsinə mane olublar. O, cənuba yola düşməzdən bir az əvvəl həbsxanadan çıxıb. Onu tətilin ilk günü beş sutkalığına həbs etmişdilər. Bazhutin Moskva, Dağıstan və Stavropolda olub. Rusiyanı gəzib ki, etiraz aksiyasına nə qədər yük maşını sürücüsünün qoşulduğunu öz gözləri ilə görsün. «Cənubda vəziyyət belədir: Dağıstanda maşınların 95%-i, Çeçenistanda 95%-i, İnquşetiyada – 80%-i, Osetiyada–90%-i, Qaraçay-Çərkəsdə –80%-i, Stavropolda –60%-i dayanıb», – o deyir.

Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...


Ancaq sürücülər bütün ölkədə işi dayandırmış yük maşınlarının dəqiq sayını göstərə bilmirlər. Regionlardan gələn çoxsaylı zənglərlə işləməyə adam yoxdur. Üstəlik, sürücülərin sözlərinə görə, fərqli saat qurşaqlarında aksiyaya hər gün yeni iştirakçılar qoşulur. A.Bazhutin yollardan yük maşını kolonlarının yoxa çıxdığını təsdiqləyir.«Tək-tük buğda daşıyan maşınlar gedir, onlar da mühafizə altında. Tək getməyə qorxurlar. Bütün daşımaları Rusiyanın mərkəzi hissəsinə ötürüblər...», – A.Bazhutin deyir.

Dağıstan müqavimətin ən uğurlu nümunələrindən biridir. Burada sürücüləri “Rosqvardiya” və OMON mühasirəyə almağa çalışıb, saxlananlar var. Ancaq 1500 sürücü öz mövqelərini təhvil verməyib. Etirazın Peterburqdakı koordinatorları Qafqazdakı sürücülərin silahlı ola biləcəyini istisna etmirlər.

«Çətin ki, ağır silah olsun, ancaq yəqin ki, atıcı silahları var. Bir də ov silahları. Orada adamlar ova gedirlər, axı. Ən dəhşətlisi isə odur ki, onlar bizdən yaxşı qruplaşıblar. Onlar bir-biri ilə şəxsən tanışdırlar. Mərkəzi şəhərlərdə ...heç kəs bir-birini tanımaq istəmir», – sürücü Vadim Yatsuk deyir.

Ancaq təkcə mərkəzi şəhərlərdəki sürücülər mətbuatla əlaqəni müəyyən qədər uğurla nizamlaya biliblər. Leninqrad vilayətində ixtisaslaşmış və müxalifət nəşrləri onların yanına gəlir. Regional dövlət nəşrlərindən nadir hallarda gəlirlər. Federal KİV-lərsə, demək olar, heç vaxt maraqlanmır. Tətilin davam etdiyi iki həftə ərzində hökumətlə danışıqlar masası arxasına oturmaq mümkün olmayıb.

Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...


«Nijni-Novqoroda danışmaq üçün hətta səlahiyyətli nümayəndə gəlib. Ancaq bütün bunlar danışıq və kağız-kuğuz səviyyəsində qalır. Heç kim heç nəyə inanmır. Biz Medvedev (baş nazir Dmitri Medvedev- red.) və Sokolovla (nəqliyyat naziri Maksim Sokolov-red.) görüş istəyirik. Özü də bu, açıq görüş olmalıdır və onu KİV-lər işıqlandırmalıdır», – Peterburqdakı Rusiya Nəqliyyatçıları Birliyinin sədri Sergey Vladimirov deyir.

Regionlarda isə artıq adi insanlar da yük maşını sürücülərinə dəstək aksiyaları keçirirlər. Ötən həftəsonu Peterburqda polis icazəsiz mitinqi dağıdıb, iki təqaüdçünü isə saxlayıb. Onlar özləri düzəltdikləri plakatlarını yığışdırmaqdan imtina ediblər.«Roskomnadzor» fəallar və sürücülər arasında populyar «Zello» internet ratsiyasını bloklayıb.«Roskomnadzor»un sözçüsü Vadim Ampelonsky deyir ki, qurum bu addımı FSB-dən (Federal Təhlükəsizlik Xidməti) daxil olan müraciət əsasında atıb.

«Zello» Android, iOS və «Windows Phone» əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlavədir. İnternet ratsiyası kimi istifadə olunan əlavədən dəfələrlə etirazların koordinasiyasında istifadə olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *