Aydın Məmmədovun Dağıstan rəhbərinə şikayəti: "Azərbaycandan gələn pullarla..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

Aydın Məmmədovun Dağıstan rəhbərinə şikayəti: "Azərbaycandan gələn pullarla..."

Aydın Məmmədovun Dağıstan rəhbərinə şikayəti: "Azərbaycandan gələn pullarla..."

Dağıstanın Dərbənd şəhərinin sakini, azərbaycanlı Aydın Məmmədov özünün keçmiş ortağı Ruslan Pirbudaqovun barəsində bu respublikanın rəhbəri vəzifəsini icra edən Vladimir Vasilyevə şikayət məktubu göndərib. Virtualaz.org xəbər verir ki, həmin məktubu Dağıstanın “Novoe delo” portalı dərc edib. (https://ndelo.ru/detail/otkrytoe-pismo-ajdyna-mamedova-vrio-glavy-dagestana-vladimiru-vasilevu) O, məktubunda ortağı tərəfindən özünün və ailə üzvlərinin hədələndiyini, həyatının təhlükədə olduğunu yazır.

“Mən Azərbaycandan investorlar cəlb etmək imkanım olduğu üçün 2006-cı ildə tanışım Pirbudaqov Ruslan Maqomedoviçə təklif etdim ki, Kaspiysk şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi üçün MMC yaradaq. Çünki məşhur idmançı Zaqalav Abdulbekovun kürəkəni kimi Pirbudaqovun torpaq sahəsinin ayrılması və orada tikintiyə icazə verilməsi kimi məsələləri həll etmək imkanı vardı”-şikayətçi Dağıstan rəhbərinə yazır.

Aydın Məmmədovun Dağıstan rəhbərinə şikayəti: "Azərbaycandan gələn pullarla..."


Beləliklə, Məmmədovla Pirbudaqov 2006-cı ildə Kaspiyskdə binalar tikmək üçün “Daqstroyinvest” adlı MMC təsis edirlər. Bu şirkətdə 67 faiz pay Pirbudaqova, 33 faiz isə Məmmədova məxsus olur. 2006-2013-cü illər ərzində şirkət Kaspiyskdə Azərbaycandan olan investorların pulları ilə 4 çoxmərtəbəli yaşayış binası tikir.

“Lap əvvəldən Pirbudaqov mənim şirkətdə iştirakımı məhdudlaşdırmağa çalışırdı, sonra isə biznesin inkişafı nəticəsində dirçələndə məni ümumiyyətlə “Daqstroyinvest”dən qovdu. Şirkətin işinə müdaxilə etməyimin qarşısını almaq üçün mənim və ailə üzvlərimin ünvanına təhdidlər daxil olmağa başladı. O cümlədən məni “şəriət məhkəməsi” ilə hədələyən “islamçılar” tərəfindən. Mən Pirbudaqovun şərtlərini qəbul etməkdən imtina edəndən sonra naməlum şəxslərin hücumuna məruz qaldım və döyüldüm”-Aydın Məmmədov bildirir.

Aydın Məmmədovun Dağıstan rəhbərinə şikayəti: "Azərbaycandan gələn pullarla..."


Məktuba əsasən 2013-cü ildə Pirbudaqov Məmmədovu şirkətin təsisçisiləri sırasından çıxarır və onun payını mənimsəyir. Məmmədov keçmiş ortağını məhkəməyə verir, 2016-cı ildə məhkəmə onun şirkətdəki 33 faizlik payını bərpa edir. Lakin Məmmədovun Pirbudaqovla birlikdə işləməsi artıq mümkün olmadığından o, payına düşən kapitalı almaq üçün hüquq-mühafizə orqanlarına şikayətlər edir. Lakin Pirbudaqovun barəsində keçmiş ortağının payını mənimsəmə ittihamı ilə cinayət işi qaldırmırlar. Məmmədov məktubunda Pirbudaqovun binaların tikintisi zamanı heç bir rəsmi mühasibatlıq aparmadığını, vergidən yayındığını da göstərir. Xahiş edir ki, Dağıstanın korrupsiyalaşmış məmurlarının bu özbaşınalıqlarına son qoyulsun və Pirbudaqovun barəsində tədbir görülsün.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *