Lotu Qulinin planları açıqlandı- ONUN ARXASINDA HANSI QÜVVƏLƏR DAYANIR? – VİDEO
Bu günlərdə 22 illik məhbəs həyatından sonra azadlığa çıxan MDB məkanında tanınmış “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) azadlığa çıxmasının arxasında hələ də bir sıra gizli məqamların olduğu bildirilir. Onun azadlığa çıxaması ilk olaraq kriminal aləmdə bir sensassiyaya səbəb oldu.
Ona görə ki, onun azadlığa çıxacağı barədə çox məhdud bir dairənin məlumatı var idi. Və o baxımdan onun azadlığa çıxması hətta, kriminal dünyada tanınmış bir çox simalar tərəfindən nəinki təəccüblə qarşılandı, eyni zamanda bunun bu aləmdə ciddi proseslərə nədən olacağını anladılar. Qulinin azadlığa çıxdığı gündən bəri onun gələcək fəaliyyəti, hansı addımları atacağı və ya onun sıradan çıxarılması istiqamətində müxtəlif məlumatlar dolaşmaqdadır. Onun azadlığa çıxmasından narahat olan qüvvələr hətta onu təcili olaraq aradan götürmək planı hazırlayıb həyata keçirməkdədirlər. İlk belə cəhd iki gün bundan öncə baş verdi. Lakin bu cəhdin qarşısı vaxtında alındı. Odur ki, Qulinin azadlığa çıxması ilə kriminal aləmdə nüfuz uğrunda böyük savaş başlanıb. Bu savaş nə qədər can alacaq, kimləri sıradan çıxaracaq, onu zaman göstərəcək. Ancaq hazırda ciddi qanlı döyüşə hazırlıq gedir və bunun işartıları görünməkdədir. Bu müharibəni Qulinin gələcək fəaliyyəti ilə bağlı strategiyasını müyyənləşdirməsi nəticəsində kriminal aləmdə tanınmış simaların axını bu prosesi sürətləndirib.
Gununsesi.info xəbər verir ki, artıq Quli gələcək fəaliyəti ilə bağlı strategiyasını müyyənləşdirərək genişmiqyaslı fəaliyyət planını açıqlayıb. Qulinin planlarından xəbərdar olanlar və hətta, bir zamanlar ona qarşı çıxan bu aləmin tanınmış simaları onun liderliyini qəbul etdiklərini və komandasında yer almağa hazır olduqlarını bəyan ediblər. “Ura.ru”nun verdiyi xəbərə görə, bir zamanlar Sverdlovsk və ümumiyyətlə Uralda Quliyə qarşı çıxanlar da artıq onun birinciliyini və onun himayəsinin altına keçdiklərini bildiriblər. Bildiyiniz kimi, bir müddət öncə, Rövşən Lənkəranskinin ölümündən sorna Sverdlovskdakı tərəvəz biznesi ilə məşğul olanlar Qulinin onları himayəsinə almaq təklifini rədd etmişdi. Lakin Quli azadlığa çıxandan sonra onun liderliyini qəbul ediblər. Bununla da Quli keçmiş SSRİ məkanında kriminal aləmdəki liderliyini bərpa etməklə “oğru” dünyasının başçısına çevrilmiş oldu. Çünki Quliyə qarşı müqavimət göstərən məhz Sverdlovsk qruplaşması idi. Bu da aradan qalxıb. Hazırda Quli Rusiya ərazisində də birmənalı liderliyini bərpa etmək üçün öz klanını formalaşdıraraq döyüşə hazırlaşır.
Qulinin öz klanını formalaşdırmasında diqqət çəkən məqam ondan ibarətdir ki, o, klanını milli, ərazi prinsipi üzrə deyil, zamanında onun sələflərinin etdiyi strategiyaya uyğun olaraq formalaşdırmaqdadır. Yəni onun klanı təkcə milliyyətcə azərbaycanlılar və gürcüstanlılardan formalaşmayacaq. Komandada oğru aləmində olan müxtəlif ölkə və millətlərin təmsilçiləri yer alacaq. Bu baxımdan da Qulinin azadlığa çıxması ilə kriminal aləmdə bir nizamın yaradılacağı ilə bağlı söylənilən gözləntilər özünü doğrultmadadır. Bu aləmdə hazırda bir pərkanədəlik hökm sürməkdədir və bu da ilk olaraq kriminal avtoritetlətin özlərini narahat edir. Onları bir araya gətirəcək və proseslərə nizam verəcək bir lider axtarışındadırlar. Düzdür, bu iddiada çox sayda adam olsa da, onlar bu liderliyi ələ alıb vahid bir məxrəcə gəlinməsində ciddi sorunlar mövcuddur. Bir sözlə ortada böyük liderlik xarakterinə malik elə bir namizəd yoxdur. Vahid liderlik xarakterinə isə Quli uyğun gəldiyindən mütləq əksəriyyət kriminal avtoritetlər onun liderliyini qəbul edib, bir nizam yaradacağına ümid bəsləyirlər. Məhz buna görə də onların Qulidən gözləntiləri böyükdür.
Bu eyni zamanda kriminal aləmdə pərakəndəliyə son verilməsini və maksimum dərəcədə vahid mərkəzdən idarə olunan və bunu idarə etməyə bacaran şəxsin olmasında maraqlı olan kriminal aləmdən kənar qüvvələr, böyük iş adamları, hətta transmilli korporasiyalar var. Bax bunlar da Qulidə belə bir liderlik keyfiyyətini gördüklərindən, onun bu aləmdə nizam gətirilməsinə dolayısı ilə öz töhfələrini verirlər. Çünki kriminal aləmdəki pərakəndəlik çox hallarda onların fəaliyyətinə də mane olur. Lakin o da aydındır ki, Qulinin liderliyə gedən yolu asan olmayacaq və buna qarşı çıxan yetərincə qüvvələr var. Hansı ki, bu qüvvələrin sıradan çıxması nəticəsində Qulinin yeni imperiyası qurulması planlaşdırılır. Bu da sıradan çıxan və bu iddiada olan digər qüvvələr tərəfindən elə də asanlıqla qəbul edilmir. Onlar da müqavimət göstərirlər. Onların maksimum planı Qulinin imperatorluğa gedən yolun əngəlləyərək qarşısnı almaq, bu, mümkün olmayacaqsa, ən azından hansısa paya malik olmaq və mövqelərini qoruyub saxlamaqdır.
“Ura.ru” qeyd edib ki, bu baxımdan onu yeni tip “oğru” dünyasının adamı hesab edirlər. Onun arxasında təkcə kriminal aləm deyil, eyni zamanda transmilli korporasiyalar dayanır. Hətta bir zamanlar Rövşən Lənkəranskinin nəzarətində olanlar da bütövlükdə Qulinin nəzartinə keçib. Hansı ki, bunu Rusiyada məhşur kriminal avtoritet Şakro Molodoy, nə də Cvanqveladze edə bildi.
Elə iki gün öncə ona qarşı sui-qəsd planının arxasında onun liderliyinin qarşısını almaq olub. Rövşən Lənkəranskinin qardaşı Namiqin başçılığı ilə Qulini onun yaşadığı villada məhv etmək istəyiblər.
Rusiya və SSRİ məkanında birmənalı liderliyini bərpa etmək üçün döyüşə hazırlaşan Quli ilk olaraq Zaxariya Kalaşnikovu (Şakro Molodoy) sıradan çıxarmağı və Abxaziyada öz hakimiyyətini bərpa etməyi qarşısına məqsəd qoyub. Hansı ki, bu şəxs hazırda Rusiyanın krimina aləminin başçısı hesab olunur. Şakro Molodoyun əmri ilə Rusiya ərazisində krimina aləmdə yeni şəxslərin “tac”landırılması və ad verilməsinə moratorium qoyub. Hətta onun əmri ilə bir çox “oğru”ların adı əlindən alınıb. Bunların arasında Saşa Kuşner, Gilani Sedoy, Şamil, Armen Xoxol, Nika Qaqrinskiy, Lekso Qalskiy, Beso Rustavskiy, Artyom Lipeçkiy, Rüfət Əlibayramlinskiy, Ceyhun Gəncinkyi, Vlad Şarap kliçkaları ilə tanınan criminal avtoritetlər Şakro Molodoyun əmri ilə tituldan məhrum ediliblər. Quli Şakro Molodoyun bu morotoriumunu aradan qaldırıb, onların adlarını bərpa etmək istəyir. Bunu edəcəyi təqdirdə Quli bu aləmdəki mövqeyini daha da möhkəmlətmiş olacaq.
Abxaziyadakı hakimiyyətini bərpa etmək üçün də Qulinin öz planları var. Abxaziyanın criminal dünyasına rəhbərlik edən və Quliyə qarşı döyüşən Raul Barçbanı (kriminal aləmdə o Pıza kimi tanınır) sıradan çıxarmağı planlaşdırır. Bir zamanlar Pıza açıq formada Quliyə qarşı çıxaraq on tabe olmadı. Bununla belə Pıza Qulinin yaxın ətrafına qarşı “ova” çıxdı. Nəticədə bir neçə ay bundan öncə Abxaziyada Qulinin yaxın ətrafından olan Nika qaqrinskiy və Rəşad Gəncinskiy yaralandı. Bu barədə məlumatlar mediada yayıldı. Odur ki, indi Quli onu məhv etmək istəyir. Hazırda Abxaziyada olan kriminal dəstələrdən onun liderliyini qəbul etmək barədə ismarıclar gəlməkdədir. Quli ilk olaraq Abxaziyada problemlərini həll etdikdən sonra Şakro Molodoy məsələsini planlayır. Bununla belə o, Abxaziyadakı hakimiyyətini bərpa etməklə paralel olaraq Şakronun sıradan çıxarılması istiqamətində də hazırlıq işlərini görür. Quli Şakronu sıradan çıxarmaqla kriminal aləmdəki rəhbərliyinə birmənalı olaraq nöqtə qoymaq istəyir. Odur ki, qarşıda kriminal aləmdə böyük bir müharibə gözlənilir.
Mənbə:> Anaxeber.az