Putin Əliyev və Ruhani ilə görüşdən sonra: “Bu o demək deyil ki, biz rəqabət aparmalıyıq...”
“Biz üçtərəfli görüşdə stabillik sahəsinə aid məsələlər, cinayətkarlıq və terrorçuluqla mübarizə məsələlərini müzakirə etdik. Lakin başlıca məsələ əlbətdə , iqtisadi xarakter daşıyır”.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Tehranda Azərbaycan və İran prezidentləri ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Putin qeyd edib ki, Rusiya, İran və Azərbaycan iri neft-qaz istehsalçılarıdır. “Lakin bu o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu o deməkdir ki, biz səylərimizi koordinasiya etməliyik”, - Rusiya prezidenti vurğulayıb.
Putin deyib ki, hər üç ölkə iri neft-qaz istehsalçısı olsa da nə qədər qəribə görünməsinə baxmayaraq xammalın daxili logistika baxımından bir-birinə ötürülməsinə maraq var. “Məsələn, biz Azərbaycanın kəmərlər sistemi ilə İranın şimalına qaz nəql etməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımızı üçün iqtisadi baxımdan məqsədəuyğun ola bilər”, - Rusiya prezidenti əlavə edib.
Energetika məsələsindən danışan Putin deyib ki, neft hasilatının məhdudlaşdırılmasına dair OPEC+ razılaşması artıq bəhrəsini verir. “Lakin bu razılaşmaya kartelə üzv olmayan ölkələr qoşulmasaydı nəticə əldə etmək mümkün olmazdı”, - Putin son vaxtlar artan neft qiymətlərini nəzərdə tutaraq deyib.
Mənbə:> virtualaz.org