Bakıda gecə “gey-parad”ı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Video

Bakıda gecə “gey-parad”ı – VİDEO

Bakıda gecə “gey-parad”ı

Dünən Bakıda gözlənilmədən və əvvəlcədən elan edilmədən sensasion hadisə baş verib – gecə gey-paradı keçirilib. Bu hadisə, xüsusilə bu yaxınlarda fahişəliklə məşğul olan cinsi azlıq nümayəndələrinin dağıdılması və həbsi nəzərə alınarsa, ictimaiyyətin diqqətini cəlb edib. Qeyd edək ki, sözügedən həbslər beynəlxalq LGBT hərəkatının etirazlarına səbəb olmuşdu.

Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzində onlarla seksual azlıq nümayəndəsinin rahatca gəzişməsini əks etdirən video yayılır. “Bakıda gey-parad” adlı videoya artıq 16 mindən çox istifadəçi tamaşa edib.

Qırmızı donlu və qəribə vız durmuş parikli kişilər hansısa iaşə obyektindən çıxır və “Torqovı” (Nizami) küçəsinə doğru irəliləyirlər. Əksəriyyəti əcnəbidir. Bu videodan belə qənaətə gəlmək olar ki, Bakıda elan olunmamış gey-parad keçirilib.

Parlaq geyimli və başçında iri bant olan bir əcnəbi onun fotoşəklini çəkən gənc oğlanlara yaxınlaşır və onlarla ünsiyyət qurmaq istəyir. Video söyüşlərlə müşayiət olunur.

Xatırladaq ki, yaxın günlərdə polis Bakıda 80-dən çox seksual azlıq nümayəndəsini saxlamışdı. DİN-dən məlumat verilmişdi ki, saxlanılanlar fahişəliklə və digər qanun pozuntuları ilə məşğul olduqları üçün tutulub. Tibbi müayinə zamanı onların əksəriyyətində HİV virusu və zöhrəvi xəstəliklər müəyyən edilib.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *