Gürcüstanın baş naziri Azərbaycana gəlir
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmiryolu magistralının rəsmi açılış mərasimində iştirak etmək üçün oktyabrın 30-da Azərbaycana səfər edəcək.
Oxu.Az-ın məlumatına əsasən, Gürcüstan hökumətinin başçısı Bakıya Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gələcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində Türkiyə prezidenti Rəcəp Tayip Ərdoğan da iştirak edəcək.
Mənbə:> Oxu.Az