Azərbaycan ordusu düşmənə Ağdərə istiqamətində “Spike” zərbəsi endirdi? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Azərbaycan ordusu düşmənə Ağdərə istiqamətində “Spike” zərbəsi endirdi? – MÜDAFİƏ NAZİRLİYİNİN REAKSİYASI

Azərbaycan ordusu düşmənə Ağdərə istiqamətində “Spike” zərbəsi endirdi?

Prezidentlərin Cenevrə danışıqlarından dərhal sonra təmas xəttində gərginliyin artan xətlə gücləndiyi müşahidə olunur. Xəbər verildiyi kimi əvvəlcə erməni tərəfi hərbi hissələrdə baş alıb gedən özbaşınalıq nəticəsində öldürülmüş əsgərlərinə görə Azərbaycan tərəfini günahlandırmağa çalışıb. Bakını prezidentlərin təmas xəttində sakitliyə riayət olunmasına dair əldə etdikləri razılaşmanı pozmaqda günahlandırıb. Hansı ki, çox keçmədən Ermənistan tərəfi özü də etiraf edib ki, ötən həftə təmas xəttində iki erməni əsgərini onların xidmət yoldaşları güllələyib. Bu insidentə görə iki erməni hərbçisi həbs olunub.

Bununla belə düşmən təmas xəttindəki vəziyyəti gərginləşdirmək xəttini götürərək ötən bazar günü Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Nəticədə bir əsgərimiz şəhid olub. Bu gün isə qondarma “dqr müdafiə nazirliyi” bildirib ki, Azərbaycan ordusu oktyabrın 22-də, bazar günü təmas xəttinin Ağdərə-Matagis istiqamətində artilleriya qurğularından və “Spike” tank əleyhinə raketindən istifadə edib. İddia olunur ki, erməni mövqelərinə 5 minaatan mərmisi və 1 “Spike” raketi atılıb. Düşmən itkiləri ilə bağlı məlumat vermir.

Azərbaycan ordusu düşmənə Ağdərə istiqamətində “Spike” zərbəsi endirdi?


Virtualaz.org bu məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən sorğumuza cavab olaraq bildiriblər ki, qorxu və səksəkə içərisində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən “Spike” raketləri görünür.

“Prezidentlərin Cenevrə görüşündən dərhal sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi növbəti dəfə təmas xəttində vəziyyəti gərginləşdirmək üçün iftira dolu məlumat yayıb. Məqsəd erməni tərəfinin son təxribatlarını ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini bu cinayətlərdən yayındırmaqdır. Aprel hadisələrində Azərbaycan əsgəri nəyə layiq olduğunu düşmənə sübut etdi. İndi də ordumuz silahlanmasında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”-MN bildirir.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *