Kərkük tamamilə rəsmi Bağdadın əlinə keçdi
Oktyabrın 15-indən hərbi əməliyyata başlayan İraq ordusu peşmərgə qüvvələri ilə qarşıdurmadan sonra şəhərdə nəzarəti ələ keçirib.
“Sky News Arabia” xəbər verir ki, İraqın baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib.
Hazırda İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarının nəzarətini ələ keçirməkdədir.
İraq Kürq Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb.
Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.
Mənbə:> virtualaz.org