ABŞ Rusiya Baş Qərargahının nümayəndələrini BMT konfransına buraxmadı
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib.
“Report” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov deyib.
Onun sözlərinə görə, oktyabrın 12-də BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə konfrans keçirilib.
Həmin konfransda general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin də iştirakı planlaşdırılmışdı.
Mənbə:> Report