Rusiya Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalını məhdudlaşdırdı » AzNews.info -Xəbər portalı

Rusiya Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalını məhdudlaşdırdı

Rusiya Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalını məhdudlaşdırdı

Rusiyanın “Rosselxoznadzor” federal xidməti Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalına nəzarəti gücləndirdiyini elan edib.

Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, agentlik bunu həmin ölkələrin Rusiya bazarına “qadağan olunmuş məhsullar” göndərmək cəhdləri ilə əsaslandırıb.

“Son vaxtlar Azərbaycan, Ermənistan və Belarusa sonradan Rusiyaya ixrac edilmək üçün nəzərdə tutulan qadağan edilmiş məhsullarının idxalı artıb. Həmin ölkələr bu məhsulları öz məhsulları adı altında Rusiyaya ixrac etməyə çalışacaqlar”-Xidmətin xəbərdarlığında bildirir.

Rusiya Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalını məhdudlaşdırdı


“Rosselxoznadzor” daha sonra bildirir ki, bitki mənşəli qadağan olunmuş məhsulların Rusiya bazarına daxil olmasıı istisna etmək üçün agentlik adları çəkilən ölkələrin səlahiyyətli orqanlarını hər pomidor yeşiyinin üstündə məhsulun istehsalçısı və dəqiq ünvanı barədə məlumatların göstərilməsinin zəruriliyi barədə xəbərdar edib. “Rusiya ərazisinə daxil olan və taraların üzərində həmin informasiyalar yer almayan pomidorlar onların mənşəyinin araşdırılması üçün saxlanılacaq”-xəbərdarlıqda deyilir.

Qeyd edək ki, Rusiya hakimiyyəti bundan əvvəl də Türkiyə pomidorlarının Azərbayan, Belarus və Ermənistan üzərindən Rusiya bazarına ixrac edildiyini bildirib. Rusiya Türkiyə pomidorlarının idxalına embarqo qoyub və iddia edir ki, Azərbaycan, Belarus və Ermənistan Türkiyə pomidorlarını ucuz qiymətə alaraq onu öz məhsulları kimi markalayır, daha sonra qonşu ölkə bazarına ixrac edir.

Rusiya Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalını məhdudlaşdırdı


Azərbaycan tərəfi isə bu iddianı hər dəfə təkzib edib, “Rosselxoznazor”un nümayəndələrini pomidor istehsal edilən istixana komplekslərinə dəvət edib onları məhsulun harada istehsal olunduğu ilə tanış etməyə hazır olduğunu bildirib. Bununla belə müntəzəm olaraq Azərbaycandan daşınan pomidorlar Rusiya ilə sərhəddə saxlanılır, Türkiyə pomidoru olması şübhəsi əsas gətirilərək bazara buraxılmır.

Azərbaycanda son illər istifadəyə verilən iri müasir istixanalar sayəsində pomidor istehsalı dəfələrlə artıb. Ermənistanda isə istixanaların artmadığı halda pomidor istehsalı dəfələrlə artıb və bu da ermənilərin həqiqətən Türkiyə pomidorlarını öz məhsulları adı altında Rusiyaya ixrac etdiyini göstərir. Azərbaycana gəldikdə isə “Rosselxoznadzor”un iradları haqlı deyil.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *