İŞİD iki rusiyalı hərbçini əsir götürdü – VİDEO
“İslam dövləti” terror təşkilatının tabeçiliyində olan “Amak” agentliyi əsir düşmüş rusiyalı hərbçilərin görüntülərini yayıb.
Oxu.Az-ın xəbərinə görə, videonu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı dərc edib.
Videoyazıda saqqallı şəxs özünü Zabalotnı Roman Vasilyeviç kimi təqdim edir. O bildirir ki, 1979-cu ildə Rostov vilayəti Aksay rayonu Rassvet qəsəbəsində doğulub. Romanın sözlərinə əsasən, o İŞİD yaraqlılarının əks-hücumu zamanı Suriyanın Şulya qəsəbəsi ərazisində əsir düşüb.
Bundan əlavə Roman yanındakı ikinci şəxsi Surkanov Qriqori Mixayloviç olduğunu bildirir (1978-ci il, Moskva vilayəti, Domodedovo rayonu). Qriqori bütün video zamanı susur.
Hər iki hərbçinin üzərində döyülmə izləri görünür.
Mənbə:> Oxu.Az