Ukraynada 4 azərbaycanlı hosteldə diri-diri yandı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə, Dünya

Ukraynada 4 azərbaycanlı hosteldə diri-diri yandı – YENİLƏNİB

Ukraynada 4 azərbaycanlı hosteldə diri-diri yandı


Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.

Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.

02.10.2017 17:22

Ukraynada baş verən dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub.

AzNews.info-nun xəbərinə görə, bu barədə Lent.az-a Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli tərəfindən məlumat verilib.

O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq, dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.

***

12:30

Ukraynanın Zaparojye şəhərində 4 Azərbaycan vətəndaşı yanıb.

Оxu.az. "Вся власть"a istinadən xəbər verir ki, hadisə şəhərdəki “Anqolenka” bazarındakı hosteldə baş verib.

Məlumata görə, onlardan biri Bakı şəhər sakinidir. O, bu yaxınlarda vətənə qayıtmalı imiş.

Hadisə zamanı həlak olanlardan biri isə hostelin gözətçisidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *