"Kürdüstan"a hərbi müdaxilə hər an başlaya bilər - Bölgədən son xəbərlər » AzNews.info -Xəbər portalı

"Kürdüstan"a hərbi müdaxilə hər an başlaya bilər - Bölgədən son xəbərlər – VİDEO

"Kürdüstan"a hərbi müdaxilə hər an başlaya bilər - Bölgədən son xəbərlər


Şimali İraq bu gün müstəqilliklə bağlı referendum keçirir.

Metbuat.az-ın məlumatına görə, ötən gün Türkiyədə telefonla “A Xəbər” proqramına qatılan hərbi ekspert Abdullah Ağar İraq Kürdüstanına hərbi müdaxiləni şərh edib.

“İraq ordusu və federal polis qüvvələri arasında hərəkətlilik artıb. İran hava sərhədini İraq Kürdüstanı üçün bağlandığını açıqlayıb. Süleymaniyyədən hərbi çevrilişə cəhd haqqında xəbərlər gəlir, Kərkük və ətrafına çoxlu sayda əsgər və silah-sulat yerləşdirilib. Bundan əlavə, Türkiyənin sərhəddə keçirdiyi hərbi təlim var. Təlimlərin daha da genişləndiyi görüntülərdən də aydın olur. Bu səbəbdən, həm İran, həm İraq mərkəzi hökuməti, həm də Türkiyə tərəfinin hərbi müdaxilə məsələsi gündəmdədir. Çünki hər üç dövlət referendum nəticəsində öz ölkələrinin parçalanma qorxusu olduğunu başa düşür.

Əslində Türkiyənin ortaya qoyduğu həll variantı ən uyğun olanıdır. Türkiyə deyir ki, problemin olduğunu qəbul edirik, amma bu problem İraqın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və bu məsələnin həlli üçün biz də lazım olan bütün köməkliyi göstərə bilərik. Əgər bu cür həll olunmasa, Türkiyənin həm beynəlxalq hüquq, həm də iki dövlət arasındakı imzalanan sənədlərə görə addımlar atmaq hüququ var. Bu addımlara hərbi müdaxilə də daxildir”.


Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *