Allahşükür Paşazadənin oğlu Azərbaycanı tərk etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin oğlu Azərbaycanı tərk etdi.
AzNews.info ölkə.az-a istinadən xəbər verir ki, Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.
Ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. O, Türkiyənin İstanbul şəhərində ev alıb.
Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir.
Mənbə:> Ölkə.az