Azərbaycanlı kriminal avtoritetlərin “sxodkasına” polis basqını » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

Azərbaycanlı kriminal avtoritetlərin “sxodkasına” polis basqını

Azərbaycanlı kriminal avtoritetlərin “sxodkasına” polis basqını


Rusiya xüsusi təyinatlılarının və “Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər.

AzNews.info Virtualaz.org-a istinadən bildirir ki, bu barədə ura.ru məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov öz cinayətkar qruplaşmaları arasındakı münasibətlərə aydınlıq gətirmək istəyiblər.

“Kiçik Gürcüstan” restoranından onlarla adam çıxarılıb və onların hamısı əlləri boyunlarının arxasında olmaqla üzü üstə asfalta sərilməyə məcbur edilib. “Avtozak”larda təxminən 50 nəfər aparılıb.

Nəşr qeyd edir ki, 47 yaşlı Rəhman Abdullayev Çelyabinskin “smotryaşisi”, Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun “sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə saxlamışdılar. Hər ikisi şərti cəza almışdı. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasının “krışalığını” təmin edib.

74.ru agentliyi isə şahidlərə istinadən bildirir ki, güc strukturları restoranda axtarış da aparıblar və içəridə olanların hamısını – müştəriləri, aşpazları, həmçinin qonşu müəssisələrdən olan insanları “götürüblər”.

Bundan başqa, bir neçə avtomobilə də baxış keçirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *