Daha bir kredit olirqarxı həbs olundu: "Kredobank"ın 10 milyonunu "yeyib" » AzNews.info -Xəbər portalı

Daha bir kredit olirqarxı həbs olundu: "Kredobank"ın 10 milyonunu "yeyib"

Daha bir kredit olirqarxı həbs olundu: "Kredobank"ın 10 milyonunu "yeyib"

Müxtəlif şirkətlərin adından hüquqi şəxs kimi bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb. Bu barədə redaksiyamıza Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu “Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə “Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

M.Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən “Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Kredobank" ötən ilin iyul ayında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunun sağlamlaşdırılması çərçivəsində ləğv edilib. Bu bankın maliyyə göstəriciləri son illər xeyli ağırlaşmışdı və adı qalmaqallarda çəkilirdi. Belə ki, mətbuat "Kredobank"ın idarə heyətinin sədri Müşfiq Vəkilovun özünə yaxın MMC-lərə bankın 7.5 milyon manatının kredit adı altında ayrılması və mənimsənilməsi barədə yazırdı. Bankın faktiki sahibi Vəkilovun atası, iş adamı İsa Vəkilov idi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *