Banklara kreditlərin verilməsi şərtləri dəyişdirildi » AzNews.info -Xəbər portalı

Banklara kreditlərin verilməsi şərtləri dəyişdirildi

Banklara kreditlərin verilməsi şərtləri dəyişdirildi


“Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, AMB artıq banklara məqsədli kreditlər verə bilməz.

AzNews.info Report-a istinadən xəbər verir ki, qərar “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi haqqında Prezidentin sərəncamının icrası məqsədilə həyata keçirilib.

Qeyd edək ki, Milli Məclis bu il aprelin 25-də “Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib. Dəyişiklikdən əvvəl qanunun 49.1.1 maddəsində deyilirdi ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. 49.1.2 maddədə isə qeyd olunurdu ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Peut regarder ensemble comme un symbole de l'amour, et replique montres maintenant de nombreuses entreprises afin de lancer une montre couple promotionnel, adapter beaucoup de l'attitude des consommateurs des jeunes, en couple avec le même genre de style attention maintenant devant nous, nous aussi très admirons. Le port d'une montre peut montrer le niveau d'une personne, mais doit aussi penser d'un financier, et non pour les comparaisons vont au-delà de l'achat lui-même à la taille de la montre. Les gens portent des montres donneront l'impression qu'un tel concept fort du temps, l'image de la puissance élégante. Et un concept fort de temps à traiter avec les gens des replique montre gens simples, centrées succès au travail plus simple.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *