Rusiya qüvvələri İsrailin 5 kilometrliyində » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Rusiya qüvvələri İsrailin 5 kilometrliyində

Rusiya qüvvələri İsrailin 5 kilometrliyində

Almaniyanın Hamburq şəhərində G20 ölkələri sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Suriyanın cənub-qərbində atəşkəsə dair əldə olunmuş razılaşma İsraili möhkəm qəzəbləndirib.

Virtualaz.org xəbər verir ki, İsrail bu razılaşmanın İranın Suriya ərazisində hərbi iştirakını möhkəmləndirəcəyini bildirir. Baş nazir Benyamin Netanyahu reportyorlara bildirib ki, razılaşma İranın İsrail sərhədlərindən 20 kilometrlikdə İranın hərbi iştirakına imkan yaradır, İsrail isə buna imkan verə bilməz.

Rusiya qüvvələri İsrailin 5 kilometrliyində


Ağ Ev isə İsraili sakitləşdirməyə çalışaraq bildirir ki, Amerikanın siyasətinin son hədəfi Suriyada İranın dolduracağı boşluğa yol verməməkdir. Amerika rəsmilərinin hesab etdiyi kimi atəşkəsə dair razılaşma diplomatik nailiyyətdir və Rusiya ilə əməkdaşlıq potensialını göstərir. Və Suriyanın digər yerlərində də atəşkəsə nail olmaq üçün şəxsən Trampın rəhbərliyi ilə danışıqlar aparılır. Dövlət Departamenti bu danışıqların bütün fazalarında İsraillə məsləhətləşmələr aparıldığını bildirir.

Lakin İsrail mənbələri həmin razılaşmadan sonra İranın Livanın cənubunda hərbi dəniz bazası yaratmaq üçün hazırlıqlara başladığını açıqlayıb. İsrail hökumətində nazir müavini postunu tutan Maykl Oren bildirib ki, onun ölkəsi İranın Suriya və ya Livanın istnilən hissəsində hərbi baza qurmasını qəbul edə bilməz. Habelə İsrailin maraqlarını nəzərə almayan atəşkəs razılaşmasını tanımayacaq.

Rusiya qüvvələri İsrailin 5 kilometrliyində


Oren bildirib: “Bizim mesajımız aydındır: siz atəşkəs barədə razılaşma əldə edə bilərsiniz, amma bizim qırmızı cizgilərimiz var. Biz İranı dayandıracağıq və ona imkan verməyəcəyik ki, bazalar, limanlar, silah zavodları qursun”.

İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Yakov Amidror isə bildirib ki, əgər atəşkəs anlaşmasında onların maraqları nəzərə alınmasa ordu İranın Suriya və Livandakı istənilən hərbi infrastrukturuna preventiv zərbə endirməlidir. “Biz İrana imkan verə bilmərik ki, Suriyadakı bu qəddar müharibədə qalib gəlib diqqətini İsrailə yönəltsin”-o deyib.

Bu arada İsrail kəşfiyyatına yaxın debka.com saytı xəbər verib ki, atəşkəs razılaşmasına əsasən yaxın günlərdə Rusiya ordusunun bölmələri Golan təpələri istiqamətindəki Kuneytra şəhərində yerləşdiriləcək. Söhbət hərbi polis qüvvələrindən gedir. Onların vəzifəsi atəşkəsə nəzarət etmək olacaq.

Rusiya qüvvələri İsrailin 5 kilometrliyində


Kuneytra İsrailin nəzarətində olan Golan təpələrindən cəmi 5 kilometrlikdədir. Bildirilir ki, İsrail Vaşinqton və Moskvanı onun sərhədləri yaxınlığında Rusiya qüvvələrinin yerləşdirilməsinin yolverilməzliyi barədə xəbərdar edib. Lakin bu narahatlıq nəzərə alınmayıb.

Atəşkəs razılaşmasına əsasən İranyönümlü silahlı birləşmələr Deraa şəhərindən 40 kilometr qərbə çəkilməliydi. Lakin mənbələr bildiriblər ki, ötən bazar günü Rusiya bölmələri Deraa şəhərinə daxil olanda İranyönmlü qüvvələr doğrudan da çəkilib, lakin “Hizbullah”ın elit birləşmələri qalıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *