Azərbaycanda iqtisadi tənəzzül dayandı, artım başladı » AzNews.info -Xəbər portalı

Azərbaycanda iqtisadi tənəzzül dayandı, artım başladı

Azərbaycanda iqtisadi tənəzzül dayandı, artım başladı

Bu ilin birinci yarısında ölkədə 31 milyard 310.6 milyon manat Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir.

Komitənin hesablamalarına görə əhalinin hər nəfərinə 3 min 224.6 manat dəyərində ümumi daxili məhsul düşür. Məlumatda vurğulanır ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 1.7 faiz artıb. Neft-qaz bölməsində isə 6.6 faiz azalma baş verib.

Ümumi Daxili Məhsulun 13 milyard 195.2 milyon manatı sənayenin, 3 milyard 414.6 milyon manatı ticarət, nəqliyyat vasitələrinin təmiri, 2 milyard 536.8 milyon manatı tikinti, 2 milyard 249.6 milyon manatı isə nəqliyyat və anbar təsərrüfatının payına düşür.

Azərbaycanda iqtisadi tənəzzül dayandı, artım başladı


Bundan əvvəl bu ilin yanvar-may aylarına aid statistikada bildirilirdi ki, ölkədə 25 milyard 338.7 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM-dəki azalma 0.9 faiz təşkil edirdi. Ötən il Azərbaycanda ÜDM 3.8 faiz azalmışdı.

Dövlət Statistika Komitəsinin son rəqəmlərindən görünür ki, ötən ilin birinci yarısı ilə müqayisədə Azərbaycanda ÜDM istehsalında kəskin artım baş verib. Çünki ötən ilin yanvar-iyun aylarında Azərbaycanda 27 milyard manatdan bir qədər artıq dəyərdə, yaxud 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz az (Mənbə: Dövlət Statistika Komitəsi) ÜDM istehsalı olmuşdu. Bu ilin müvafiq dövründə istehsal olunan ÜDM-in nominal dəyəri isə bundan 4.3 milyard manat, yaxud 16 faiz çoxdur. Yaxud 2017-ci ilin birinci yarısında istehsal olunan ÜDM-in nominal həcmi 2015-ci ilin müvafiq dövrünü də üstələyir. ÜDM artımına dair açıqlanan son rəqəmlər Azərbaycan iqtisadiyyatının tənəzzül dövründən çıxdığını deməyə əsas verir.

Azərbaycanda iqtisadi tənəzzül dayandı, artım başladı


Çünki bu ilin birinci yarısında istehsal olunan ÜDM-in nominal həcmi ötən ilin müvafiq dövründə istehsal olunan nominal ÜDM-i 16 faiz üstələyib. Dövlət Statistika Komitəsinin bu günlərdə açıqladığı digər məlumata əsasən bu ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya 13.9 faiz təşkil edib. Başqa sözlə, göstərilən müddət ərzində istehsal olunan ÜDM-in nominal dəyərində 16 faizlik artım inflyasiya faizini üstələyir ki, bu da ilin sonunda aşağı faizlə də olsa real ÜDM artımının qeydə alınacağını göstərir. Hansı ki, Dünya Bankı bu günlərdə açıqladığı proqnozunda Azərbaycanda iqtisadi geriləmənin bu il də davam edəcəyini, ÜDM istehsalının 1.4 faiz azalacağını bildirmişdi.

Ancaq belə görünür ki, son il yarımda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş islahatlar, habelə tikinti sektorunda tənəzzülü dayandırmağa yönəlmiş tədbirlər müəyyən nəticələr verir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *