Nazir: Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik » AzNews.info -Xəbər portalı

Nazir: Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik

Nazir: Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik


“Biz ermənilərin nəyə ümid etdiyini bilirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla, Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, əgər heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu, baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir: “Lakin bu o demək deyil ki, danışıqlar sonsuzluğa qədər davam edə bilər. Onlar çox uzandı. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Ətrafa diqqət yetirin, beynəlxalq qanunlar artıq işləmir, hamı gücə amilinə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *